Ölkə futbolu
Cavid Hüseynov: “Qəbələ”ni yaxşı oyun yox, nəticə maraqlandırır” (Müsahibə)
“Qəbələ”nin və milli komandamızın üzvü Cavid Hüseynov Futbolxeber.az saytına müsahibə verib.
- İlk öncə Premyer Liqanın ikinci turunda “Araz Naxçıvan”ı 1:0 hesabı ilə məğlub etdiyiniz oyun barədə fikirlərini bilmək istərdik.
- “Araz Naxçıvan”la oyunda bizə 3 xal lazım idi. Meydana yalnız qələbə üçün çıxmışdıq. Əlimizdən nə gəlirdisə, onu da etdik. Bu qələbə mühüm əhəmiyyət kəsb edirdi. Düzdür, indiki məqamda oyunumuzu ideal adlandırmaq olmaz. Amma zamanla hər şey qaydasına düşəcək.
- Oyunun taleyini həll edən qolu penaltidən vurdun. Baş məşqçi əvvəldən tapşırıq vermişdi ki, penalti olsa sən yerinə yetirəsən, yoxsa həmin anda özün belə qərar qəbul etdin?
- Mən daha əvvəl “Bakı”da oynayanda da penaltidən fərqlənmişəm. Özümə güvənirəm. Komandaya gələrkən baş məşqçiylə söhbətimizdə ona dedim ki, penalti olsa, mən yerinə yetirə bilərəm. O da dedi ki, özünə güvənirsənsə, vur. Gələcəkdə də bu cür şans qazansaq, topun arxasına özüm keçəcəm.
- Avroliqada fiaskoya uğrayan “Qəbələ”, Premyer Liqanın ilk turunda da “İnter” tərəfindən darmadağın oldu. Bu qələbədən sonra komandanın psixoloji durumunun düzələcəyini düşünmək olar?
- Əlbəttə, bundan sonra hər şey yaxşı olacaq. İndiki məqamda bizi yaxşı oyun yox, nəticə maraqlandırır. Hazırda əsas olan qələbə qazanmaqdı. Amma zaman keçdikcə, həm yaxşı oyun sərgiləyəcəyik, həm də lazımı nəticə qazanacağıq. Bunun üçün bir qədər vaxt lazımdı.
- “Qəbələ”nin cari mövsümdəki iddiası nədir: Avroliqaya yollanmaq, yoxsa çempionluq?
- Hər kəs bilirik ki, “Qəbələ” rəhbərliyi futbolçular üçün necə şərait yaradıb. Burada oynayan hər bir futbolçu dərk eləməlidi ki, komandanın məqsədi çempionluqdu. Rəhbərliyin bizim qarşımıza şərt qoyması önəmnli deyil. Onsuz da biz nə lazım olduğunu bilirik. “Qəbələ” ortabab yox, iddialı komandadı. Müqavilə imzalamaqla iş bitmir. Hər kəs meydanda bütün gücünü qoymalıdı. Məqsədimiz çempionluqdu. Ən pis halda, ilk “üçlük”də qərarlaşmalıyıq.
- Növbəti turdakı rəqib sabiq klubun “Bakı”dı...
- Bizim üçün çempionatda zəif rəqib anlayışı yoxdu. Bütün komandalara eyni gözlə baxırıq. Təbii ki, “Bakı”da baş verən son proseslər xoşagələn deyil. Komandada bir qədər sıxıntı var. Amma orada çıxış edən hər bir futbolçuya hörmət etmək lazımdı. Komandanın əsasını gənclər təşkil etsə də, onlara təcrübəsiz demək olmaz. Çünki hamısı ilə biryerdə oynamışam və nəyə qadir olduqlarını çox gözəl bilirəm. Rəqibə hörmət etsək də, meydana yalnız və yalnız qələbə üçün çıxacağıq. Həmin görüşdə qələbə qazanmağı çox istəyirəm. Ardıcıl ikinci dəfə meydandan 3 xalla ayrılmalıyıq.
- “Bakı”dan söz düşmüşkən, sən də daxil olmaqla yerli futbolçuların komandanı çətin anda atıb getməsi heç də birmənalı qarşılanmadı...
- Həyatda hər kəsin öz məqsədi var. Mənim nə istədiyimi heç kim bilə bilməz. Mənim də, sənin də, bir başqasının da arzuları, şəxsi həyatı var. Ona görə də bizi qınamaq düzgün deyil. 6 ay kim pulsuz oynayar? Klubdan ayrılmamışdan öncə Zeynal müəllimlə (“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovu nəzərdə tutur-red.) görüşüb, ondan halallıq aldım. O, özü də bildirdi ki, sən hər şeyi haqq edirsən. Bizim bir-birimizə qarşılıqlı hörmətimiz olub. Mən başa düşürəm, çətinlikdi. Həyatda hər kəsin başına belə iş gələ bilər. Amma biz də gələcəyimizi düşünməliyik. 6 ay maaş almadım, bir kəlmə də danışmadım. Axırda da gəldim dedim ki, həmin pulu istəmirəm, imkan verin gedim iddialı klubda oynayım. Onlar da məni anlayışla qarşıladılar.
- Bu duruma dözməyin çətin olduğunu deyirsən, amma bəzi legionerlər dözür...
- (sualı yarımçıq kəsir) Qardaş, yenə deyirəm həyatda hərənin bir məqsədi, bir amalı var. Mənim “Bakı” rəhbərliyi ilə bu gün münasibətim əladı. İnanmıram ki, onlar məndən incisinlər. Əgər, sabah “Bakı” yenə çempionluğa iddialı olsa və məni heyətdə görmək istəsələr, canla-başla komandada oynamağa hazıram.
- “Bakı”dan ayrıldıqdan sonra “İnter”ə keçmək üzrə idin. Bu komandayla müqavilə imzalayacağın gözlənilsə də, birdən “Qəbələ”yə üz tutdun. Bunun səbəbi nədir?
- Həmin vaxt mən bu haqda mətbuata açıqlama vermişdim. İndi yenə də eyni fikirləri təkrar etmək istəmirəm. Yəqin ki, niyə “Qəbələ”yə keçdiyimi sən də bilirsən.
- Özün açıqlasan, daha yaxşı olar.
- Həmin vaxt “Qəbələ”dən də təklif gəldi. Mən də son anda qərarımı dəyişdim və “Qəbələ”ni seçdim. Vəssəlam. Seçimimə görə zərrə qədər də peşman deyiləm.
- Bir qədər milli haqda danışaq. Özbəkistanla oyun öncəsi komandada vəziyyət necədir?
- Bu oyun seçmə mərhələyə hazırlıq xarakteri daşıyır. Bolqarıstanla oyuna elə də çox vaxt qalmayıb. Komanda xeyli müddətdir toplanış keçmirdi. Yəqin ki, baş məşqçi də futbolçuların hansı durumda olduğunu öyrənmək və qarşıdakı görüşlər üçün ilk “11-liy”i müəyyənləşdirməyə çalışacaq. Hər şey yaxşıdır. Bütün gücümüzlə oyuna hazırlaşırıq.
- Özbəkistanla oyunda qələbə qazanmaq mümkün olacaq?
- Rəqib zəif komanda deyil. Bununla belə, bizim də məqsədimiz elə qələbə qazanmaqdı. İnanıram ki, nəticə bizim üçün yaxşı olacaq.
- Həftəarası millinin heyətində meydana çıxıb, yenidən klubun düşərgəsinə qayıtmaq yorğunçuluğa gətirib çıxarmayacaq ki?
- Yorğunçuluq olsa da, olmasa da, artıq buna öyrəşməliyik. Çünki oyunu belə vaxta təyin ediblərsə, deməli hər şeyi nəzərə alıblar. Bütün dünyada belədir. Biz futbolçuyuq. İşimiz meydana çıxıb, uğur qazanmaqdı. Başqa heç nə barədə düşünməməliyik. Bu cür rejimdə oynamaq həm biz futbolçulara, həm milliyə, həm də klublara faydalı olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:21
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
25.09.2026
24.09.2026
























