19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“O vaxt “Tvente”yə qarşı əsas heyətdə 1 legioner oynamışdı”

“Qarabağ”ın sabiq müdafiəçisi, hazırda klubun U-19  komandasının baş məşqçisi olan Zaur Həşimov “Qarabağ”ın 5 il əvvəl “Tvente”yə qarşı keçirdiyi oyunlar haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu PFL-in rəsmi saytına verdiyi açıqlamada Haşımov bunları deyib: “2009-cu ildə “Qarabağ”ın “Tvente”yə qarşı keçirilən hər iki oyununda meydançada olmuşam. O vaxt heyət yerli futbolçulardan qurulmuşdu. Əsas heyətdə legioner futbolçulardan təkcə Admir Teli mübarizə aparırdı. Gənc futbolçularımızın isə təzə-təzə üzə çıxan vaxtları idi. Əfran, Rauf, Maksim kimi oyunçular adlarından söz etdirirdi. “Tvente” isə çox güclü idi. Stiv Maklarenli “Tvente” aparıcı legioner və yerli futbolçuları ilə daha əzəmətli idi. İndi isə komanda gəncləşib. “Qarabağ”ın heyətində işini bacaran legionerlər var. Ümid edirəm  ki, “Qarabağ” qrup mərhələsinə düşəcək. Amma konkret proqnoz vermək istəmirəm”. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30