19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qarabağ” istənilən komandaya qol vura bilər”

“2009-cu ildə “Qarabağ”ın avrokuboklarda təcrübəsi az idi. Buna baxmayaraq, komandanın istəyi güclü idi. Biz səfər oyununa çox yaxşı başlamışdıq. Hətta Hollandiyada ilk qolu vuran da biz olduq. Fərqi daha da artıra bilərdik, amma mümkün olmadı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın üzvü Ayxan Abbasov deyib.

Veteran futbolçu indiki “Qarabağ”ın daha güclü olduğunu düşünür: “İkinci hissədə isə fərqli bir oyun getdi. “Tvente” bütün komanda ilə hücuma keçdi. Azarkeş dəstəyi və öz istəkləri sayəsində qollar vurdular. İndiki “Qarabağ”ın isə təcrübəsi var. “Tvente”dən daha güclü komandalara qarşı oynayan “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşməsi real görünür.  “Qarabağ” “Tvente” ilə budəfəki oyunlarda müdafiəyə xüsusi diqqət yetirməlidir. Qol vurmaq məsələsinə gəldikdə isə, komandamızın bu baxımdan  problemi yoxdur. Yekun olaraq deyim ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşmək vaxtıdır”.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30