Ölkə futbolu
“Nəticə həmişə önəmlidi”
Sabah yoxlama oyununda milli komandamızla qarşılaşacaq Özbəkistan millisinin yığmasının baş məşqçisi Mircəlal Qasımov bu gün Bakıda oyunöncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az-ın Azerisport.az-a istinadən verdiyi məlumata görə, Qasımov əvvəlcə qarşıdakı oyunla bağlı danışıb:
- Bu, hazırlıq baxımından həm Azərbaycan, həm də bizim üçün çox faydalı oyundu. Siz AÇ-2016-nın seçmə mərhələsinə, biz isə Asiya oyunlarına hazırlaşırıq. Sabahkı matçda ehtiyat qüvvəmizi sınaqdan keçirməyə çalışacağıq.
- "Neftçi" və "Qarabağ"ın futbolçularının Azərbaycan yığmasına dəvət olunmaması sizin üçün üstünlükdü?
- Komandanızın öz planları var, bizim isə fərqli. Bilirəm ki, "Qarabağ"la "Neftçi"ni bu həftə Avropa Liqasında oyunlar gözləyir.
- Yığmamızın AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərini necə dəyərləndirərdiz?
- Düzünü desəm, Azərbaycan yığmasına qrupunda çox çətin olacaq. Kifayət qədər yaxşı komandaların cəmləşdiyi qrupdu.
- Azərbaycanlı futbolçulardan kimlərləsə tanışsız?
- Bəli, Nazim Süleymanovla, Arif Əsədovla birgə oynamışam. Nazim sadəcə, möhtəşəm oyunçu idi. Azərbaycanlılar həmişə seçiliblər.
- Azərbaycan yığmasını Asiyadakı rəqiblərinizdən kiminləsə müqayisə edə bilərsiz?
- Belə bir müqayisə aparmaq çətindi. Komandanızın ABŞ-la yoxlama oyununa baxmışam. "4" və "7" nömrələrin (Mahir Şükürovla Vaqif Cavadovu nəzərdə tutur - red.) çıxışından xoşum gəlib.
- Nəticə sizin üçün önəmlidi?
- Nəticə həmişə önəmlidi.
- Ehtiyat qüvvəni sınayacaqsız, yoxsa əsas heyəti meydana buraxacaqsız?
- 20 futbolçu gətirmişəm. Hamısı hazırdı. Əsas heyətimiz bəllidi. Bütün futbolçuları sınamaq istəyirəm. Bizim hələ İordaniya və Yeni Zelandiya ilə də oyunlarımız var.
- Bahodir Nasimov niyə heyətdə yoxdu?
- Biz Asiya oyunlarına hazırlaşırıq. Bahodirin isə oyun təcrübəsi yoxdu. Onun hazırda heç klubu da yoxdu. İndi bizimlə olmasa da, yığmanın futbolçusudu.
- Azərbaycan Asiyada çıxış etsəydi, nəyə ümid edə bilərdi?
- Yaxşı təsir bağışlayardı. Prinsipcə, gördüyüm oyunlarına görə, bu komanda yüksək yerlər uğrunda mübarizə apara bilərdi. Sentyabrda seçmə mərhələ oyunlarınız başlayacaq. Həmin oyunlarda sizə uğurlar arzulayıram. Ümid edirəm ki, komandanız final mərhələsinə vəsiqə qazanar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Qəbələ" və "Şamaxı"dan qələbə
-
18:20
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
-
17:51
Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırıb
-
17:16
Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
-
17:03
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
-
16:42
Azərbaycan voleybolçuları U-22 Avropa çempionatında mübarizə aparıblar
-
16:34
Cenk Sümer: “O, bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı!”
-
16:25
“Neftçi” Emil Səfərovla yeni müqavilə imzaladı
-
15:58
"Gəncə"də yeni müqavilə
-
15:37
“Araz-Naxçıvan”ın oyunlarının keçiriləcəyi məkan dəqiqləşib
-
15:19
Hidayət Heydərovun dünya çempionatında iştirakı məşqçilərin qərarından asılı olacaq
-
15:00
Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
-
14:26
"Naxçıvan"dan yeni transfer
-
13:51
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
-
13:33
PSJ "Brest"dən üstün oldu VİDEO
-
13:02
"İmişli"dən "Şəfa"ya
-
12:44
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
12:25
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
-
11:58
"Napoli" "Bolonya"ya qalib gəldi VİDEO
-
11:39
Boksçularımız Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
11:17
"Yuventus" uduzdu VİDEO
-
11:00
Varkonyi: “Tək “Sabah” yox, “Zirə” və “Neftçi”ni də unutmaq olmaz”
-
10:46
Derbini "Mançester Siti" qazandı VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Barselona" səfərdə qalib gəldi VİDEO
-
09:31
Toral oynadı, "Bursaspor" xal itirdi
-
09:14
"Qalatasaray"dan çətin qələbə VİDEO
-
23:37
Renat Dadaşov Ukraynada debüt etdi
-
23:23
Zirədə qalib aşkarlanmadı VİDEO
-
22:00
Qurban Qurbanov: “Hər iki komanda 1 xala layiq idi”
-
21:18
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçında heç-heçə VİDEO
-
20:56
"Qarabağ" məğlubiyyətdən qaçdı
-
20:35
“Turan Tovuz”dan etiraz: “Təzyiqlərlə üzləşirik
-
19:22
Kurban Berdiyev: “VAR-a gedəndə başqa qərar gözləyirdim”
-
18:54
Gimnastlarımız dünya çempionatında gümüş medal qazanıblar
-
15:01
"Atalanta"dan gözlənilməz məğlubiyyət VİDEO
-
14:47
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir
-
13:33
"Borussiya" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:59
Messi qol vurdu, zirvəni ələ keçirdi
-
12:28
"Trabzonspor" yenə uduzdu VİDEO
-
12:00
“Sumqayıt”ın yeni transferi: “Azərbaycan Premyer Liqası çox çətin çempionatdır”
-
11:46
"Arsenal" istəyinə ikinci hissədə çatdı VİDEO
-
11:15
“Neftçi” Türkiyədə klubları ilə bacarmadı
-
10:52
"Latsio" - "Milan" matçında 4 qol VİDEO
-
10:34
Günün canlı yayımlanacaq matçları - TV
-
10:21
"Çelsi" "Hall Siti" ilə bacarmadı VİDEO
-
10:07
Ozan Canın komandasından heç-heçə
-
09:43
"Real"ın qələbəsi VİDEO
-
23:56
"Sumqayıt" - "Şamaxı" matçında qarşılıqlı qollar VİDEO
-
22:49
“Bir dəfə 0:5 hesabı ilə uduzmaq, beş dəfə 0:1 hesabı ilə məğlub olmaqdan daha yaxşıdır”
-
22:48
“Sumqayıt”ın baş məşqçisi: “Bir xalla kifayətlənməyə layiq deyildik”
14.09.2026
13.09.2026
12.09.2026
























