29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Partizan"ın baş məşqçisi: "Neftçi" ilə oyunların əhəmiyyəti qalmayacaq"

“Bəli, komandada problemlər var. Ancaq biz çıxış yolu tapmalıyıq. Qarşıda bizi vacib oyunlar gözləyir və bu matçlarda qələbə qazanmalıyıq". Futbolxeber.az-ın Qol.Az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç Serbiya mətbuatına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis komandada yaranan problemlərin aradan qaldırılmayacağı təqdirdə Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Neftçi" ilə görüşün onlar üçün əhəmiyyətsiz olacağını bildirib: "Komandada çox pis atmosfer yaranıb. Futbolçular maaşlarını ala bilmədikləri üçün məşqlərə çıxmırlar və onların etirazları davam edir. Bəzi futbolçular komandanı tərk etmək istəyirlər. Artıq Miladin Stepanoviçin komandadan ayrıldığını yazırlar. Bu barədə mətbuatdan oxuyuruq. O, çox təcrübəli futbolçudur, məşqlərini davam etdirməli və komandanın yanında olmalıdır. Bizim ağ bayraq qaldırmaq fikrimiz yoxdur. Komandamla fəxr edirəm. Biz heç bir futbolçunun komandadan getməsinə imkan verməməliyik. Ancaq klubun da bizim qarşımızda öhdəlikləri var və onlar bunu yerinə yetirməlidirlər. Əks təqdirdə "Neftçi" ilə oyunların heç bir əhəmiyyəti qalmayacaq".

Qeyd edək ki, "Partizan" klubu avqustun 21-də Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində evdə "Neftçi"ni qəbul edəcək. Bu komandalar arasında cavab qarşılaşması isə avqustun 28-də, Bakıda keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31