Ölkə futbolu
"Xəzər Lənkəran"ın qapıçısı: “Sumqayıt”la oyunda hətta heç-heçə də biabırçı nəticə sayılacaq”
“Xəzər Lənkəran” klubunun qapıçısı Orxan Sadıqlının müsahibəsi
- Premyer Liqanın ilk turunda AZAL-la görüşdə çoxları komandanızdan qələbə gözlədiyi halda, heç-heçə etdiniz. Öncə bu qarşılaşma haqqında fikirlərinizi bilmək istərdik...
- Düzdü, biz də qələbə qazanacağımızı gözləyirdik, amma sonda 1 xalla kifayətləndik. Hər halda, qorxulu nəsə yoxdu, hələ heç bir şey itirilməyib. Qarşıda 35 tur var. Hər şeyi AZAL-la oyunla ölçmək olmaz. Növbəti turlara baxmaq lazımdı.
- AZAL-la qarşılaşmada diqqətçəkən məqamlardan biri də komandanızın çoxlu hücumlar qurmasına baxmayaraq, qol vura bilməməyi idi. Sanki ötən mövsümün uğursuz sindromu davam edir...
- Belə bir şey bu mövsüm olmayacaq. Biz qollar vurub, qələbələr qazanacağıq. Həm də AZAL-a matçda stadionun vəziyyətini nəzərə almaq lazımdı. Sanki beton üzərində oynayırdıq. Mən qapıda dura-dura bu çətinliyi hiss edirdim, görün meydanda yer alan futbolçular nə vəziyyətdə idilər... Bilirəm ki, ayaqlarının altı yanırdı. Bəlkə də başqa stadion olsaydı, böyük hesablı qələbə qazanacaqdıq. Amma hər şeyi də ona bağlamaq olmaz. Əlimizə qol imkanları düşdü və bunlardan yararlana bilmədik. Bir məqamı da unutmayaq ki, yeni komanda qurulub və azacıq səbr etmək lazımdı.
- 1:1 hesablı bərabərliyə görə ən çox sizi günahlandırdılar. Buraxılan qolda səhviniz vardı. Bu fikirlər razısınız?
- Əlbəttə, razıyam. Həmin epizodda səhvim var idi. Amma komanda qol buraxırsa, deməli, hamı səhv edir. Buna görə bir nəfəri günahlandırmaq olmaz. Baxmaq lazımdır ki, buraxılan qolda səhv meydanın hansı hissəsindən başlayır. Bunu deməklə, məsuliyyəti öz üzərimdən atmıram. Bütün hallarda, tək məni günahlandırmaq yanlışlıq olardı. Təsəvvür edin ki, mən 40 günlük təlim-məşq toplanışı ərzində məşqçisiz hazırlaşmışam. Bu səbəbdən də səhv edəcəyimi bilirdim. AZAL-la oyunda olmasa da, başqa matçda bu səhvi edəcəkdim. Məşqçinin olmamağı qapıçı üçün böyük çatışmazlıqdı.
- Heyətdə rəqabətin olmamağının çıxışınıza təsir etdiyini düşünmürsünüz?
- Düzdü, hər bir komandada qapıçılar və ya futbolçular arasında rəqabət olmalıdı. Amma son iki ildə toplanışlarda tək işləmişəm. Hazırlıqlarda Hafiz Əliyev və mən olmuşuq. Mənim üçün başqa qapıçı oldu-olmadı, yenə də işləyirəm. Səhvlərim üzərində çalışıram. İndi də komandada Tərlan Qasımzadə və mənəm. Düzdü, yeni qapıçıya ehtiyacımız var. Çünki 2 nəfərlə çempionluq üçün oynamaq olmaz. Bunun zədəsi, qırmızı vərəqəsi var. Bunları nəzərə alanda, mütləq yeni qapıçı gəlməlidi.
- Yeri gəlmişkən, qapıçılar üzrə məşqçiniz Hafiz Əliyev türkiyəli Murat Göksu ilə əvəzləndi. Bununla, nə dəyişib?
- Fərqli məşq üsulları var. Hafiz Əliyev daha çox SSRİ məktəbinin üsullarından istifadə edirdi. Murat Göksu isə avropasayağı məşqlər keçir. Əslində, mənim üçün hansı məşqçinin olmasının fərqi yoxdu. İşim komandaya əlimdən gələn köməyi etməkdi.
- AZAL-la qarşılaşmadan sonra baş məşqçi Oğuz Çətin sizə hansısa irad bildirdi?
- Oyundan sonra mənə dedi ki, başını dik tut, aşağı əymə. Bir matçla heç nə olmayıb. Olan şeylərdi. Çalışacağam ki, bundan sonra səhv etməyim. Bunların üzərində məşqçi ilə birlikdə işləyəcəyik. Ümid edirəm ki, “Xəzər Lənkəran”a kömək edəcəm.
- “Xəzər Lənkəran”ın gücü çempion olmağa və Azərbaycan kubokunu qazanmağa yetəcək?
- Komandaya çox güclü yerli futbolçular cəlb olunub. Rəşad Sadiqov, Rauf Əliyev və Əfran İsmayılov kimi Azərbaycan futbolunun qaymaqları bura gəlib. Bu, çox şeydən xəbər verir. AZAL-la oyunda komandamız meydanda 90 dəqiqə hücum etdi. Rəqib ancaq müdafiəyə çəkilmişdi. Hazırda güclü heyətimiz var. Biz həm çempionluğu, həm də kuboku qazana bilərik. Artıq heç bir bəhanəmiz yoxdur. Uğur qazanmaq üçün istənilən şərait yaradılıb. Biz bunun qarşılığını göstərdiyimiz nəticə ilə verməliyik.
- Premyer Liqanın II turunda doğma meydanda “Sumqayıt”ı qəbul edəcəksiniz. Mövsümdə ilk qələbənizi azarkeşlərinizin önündə qazana biləcəksiniz?
- “Sumqayıt”a hörmət edirik və onların necə oynadığını bilirik. İstənilən vaxt hər bir rəqibə müqavimət göstərirlər və xal alırlar. Doğma şəhərdə, öz stadionumuzda oynayacağıq. Çempionluq üçün mübarizə aparırıqsa, belə komandaları məğlub etməliyik. Uduzmaq bir yana, “Sumqayıt”la hətta heç-heçə də biabırçı nəticə sayılacaq.
apasport.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ” - “Ayaks”: həyəcan zirvəyə yüksəlir
- “Neftçi”nin baş məşqçi məsələsində son durum: Nə türkiyəli, nə belaruslu...
- “Neftçi”nin yeni baş məşqçisi bilindi - SON DƏQİQƏ
- Silva Yankoviçlə mübahisə etmələrindən danışdı: “Hər şey həll olunub”
- Vernidub “Neftçi”nin baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirdi
- Elvin Məmmədov istefasını şərh etdi: “Səbail”in bunu bacaracağına inanıram”
- Tramp DÇ-2026-nın püşkatmasında Azərbaycan Xalq rəssamlarının hazırladığı mükafat aldı
- “Qarabağ”ın oyununun biletləri satışa çıxır
- Samir Abasovun “Neftçi”dən gedişi dəqiqləşdi
- Joni Montiel: “Qarabağ” hamının məğlub etmək istədiyi komandadır”
- "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxdı
- "Səbail"in icraçı direktoru: "Elvin Məmmədov işinə həmişə peşəkar və dürüst yanaşıb"
- “Qarabağ”ın üzvləri yeni reabilitasiya mərkəzində
- Kunq-fu üzrə 31-ci Respublika birinciliyi keçirilib
- “Napoli” - “Qarabağ” oyununun hakimləri açıqlandı
-
15:42
Azərbaycanlı pilot mövsümün son yarışını uğurla başa vurub
-
15:28
Azərbaycanda şahmatın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb
-
15:00
I Liqada hakim təyinatları açıqlandı
-
14:39
Azərbaycan Şahmat Federasiyası ilə yekun vurub
-
14:17
II Liqada hakim təyinatları
-
13:45
"Kəpəz" iki futbolçusu ilə yolları ayırıb
-
13:21
Adel Amruş: “Hələ də maşında Azərbaycan musiqisinə qulaq asıram”
-
13:06
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:53
14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək
-
12:30
Mərakeş Afrika Millətlər Liqasına qələbə ilə başladı VİDEO
-
12:14
Emin Mahmudov: “Şükür, yaxşı qurtardıq”
-
11:48
"Qalatasaray" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:29
Güləşçilərimiz üçün etika və natiqlik təlimləri keçirilir
-
11:07
"Mançester Yunayted" uduzdu VİDEO
-
10:52
Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
-
10:31
"Bavariya"dan darmadağın VİDEO
-
10:16
Boksçularımız Türkiyədə 32 medal qazanıblar
-
10:03
Premyer Liqamızda ilin son oyunu
-
09:45
"Barselona" səfərdə qalib gəldi VİDEO
-
20:48
“Araz-Naxçıvan”ın qələbəsi VİDEO
-
20:31
“Əzmkar qələbə qazandıq”
-
20:00
“Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram”
-
19:26
“Qarabağ” və “Araz-Naxçıvan” ili qələbə ilə başa vurdu
-
19:15
"Qarabağ"dan əzmkar qələbə VİDEO
-
17:57
Sxadadze: “Hakimin gözündə mənə qarşı nifrət var idi”
-
17:42
Qurban Qurbanov: “Bura uşaq bağçası deyil”
-
14:21
Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
-
13:39
Leroy Mikels: “Avrokuboklar uğrunda mübarizə aparmağımız real görünür”
-
13:13
"Fənərbaxça"nın qələbəsi VİDEO
-
12:58
Mbappe Ronaldonun rekordunu təkrarladı
-
12:00
"Çelsi" məğlubiyyətdən qaçdı VİDEO
-
11:46
Azərbaycanda növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
-
11:27
"Yuventus" "Roma"nı məğlub etdi VİDEO
-
11:14
“Zirə”nin futbolçusuna simvolik forma təqdim olundu
-
10:52
"Beşiktaş" 3 xalı tək qolla qazandı VİDEO
-
10:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:21
"Real"dan çətin qələbə VİDEO
-
10:03
Juninyonun yeni klubu rəsmən bilindi
-
09:45
"Liverpul" "Tottenhem"ə qalib gəldi VİDEO
-
20:26
Zirədə qalib aşkarlanmadı VİDEO
-
19:47
PFL Premyer Liqada ayın ən yaxşı qolunun müəllifini mükafatlandırdı
-
19:14
Rəşad Sadıqov: "Büdcəmiz qışda transfer etməyə imkan vermir"
-
18:32
“Neftçi” qalib gəldi, “Zirə” xal itirdi
-
18:00
"Neftçi"dən əzmkar qələbə VİDEO
-
16:55
“Komandamızda yüksəliş hiss olunur”
-
16:29
Yuri Vernidubdan qələbə şərhi
-
14:41
“Botafoqo” “Qarabağ”a ikinci dəfə rəsmi təklif göndərdi
-
14:12
Əmrullayev “Neftçi”nin oyununda
-
13:35
"Üzgüçülük hamı üçün" layihəsinin açılış mərasimi keçirilib
-
13:06
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər açıqlandı
22.12.2025
21.12.2025
20.12.2025























