28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Xəzər Lənkəran"ın heyətində 2 itki var

Azərbaycan kubokunun yarımfinal mərhələsində “Bakı” zəfəri ilə finala adlayan “Xəzər Lənkəran” dünən keçirilən bərpa məşqindən sonra bu gün, səhər saatlarında AZAL-la keçiriləcək matçın hazırlığına start verdi. Futbolxeber.az-ın məlumatına görə, Lənkərandakı bazanın ehtiyat meydançasında baş tutan məşqdə futbolçular Con Bencamin Toşakın rəhbərliyi altında saat yarım ərzində məşq prosesini davam etdirdi. Hazırda komandanın heyətində braziliyalı müdafiəçi Vanderson Skarduellinin zədəsi məşqçilər korpusunu narahat edən yeganə məqamdır. “Bakı” ilə cavab qarşılaşmasında zədələnən müdafiəçiyə “sağ ayaq pəncəsinin qapalı sınığı” diaqnozu qoyulub. Digər itki isə hücumçu Dimitrios Sialmasla bağlıdır. 27-cı turda “Sumqayıt”la qarşılaşmanın son dəqiqələrində qırmızı vərəqə alan forvard AZAL-la qarşılaşmada komandaya kömək edə bilməyəcək. Bu gün günorta saatlarında “Xəzər Lənkəran” doğma şəhərdəki hazırlığını başa çatdırıb Bakıya yola düşüb. Komanda axşam məskunlaşacağı oteldə istirahət edib sabah oyun öncəsi son məşqinə çıxacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31