17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Vaqif Cavadov: “Qarabağ”ın bu dəfə “Tvente”ni məğlub edəcəyini düşünürəm”

Milli komandamızın üzvü, hazırda Türkiyənin “Qaziantep BB” klubunda forma geyən Vaqif Cavadov Hollandiya mətbuatına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, Cavadov 2 sabiq klubu - “Qarabağ” və “Tvente”nin Avroliqanın play-off mərhələsi çərçivəsində keçirəcəkləri oyunlar barədə danışıb: “Hər iki komanda mənim üçün doğmadır. "Qarabağ"da beş il oynadım, ancaq təəssüf ki, çempion ola bilmədim. "Tvente"yə gəlincə 18 yaşımda orada çempionluq yaşadım. Bu komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar hər zaman mənə qarşı yaxşı davrandılar. Zədə səbəbindən Enshede təmsilçisində forma geyinmək şansım olmadı. "Tvente"yə transfer olduğum üçün peşman deyiləm. Bu transfer karyeramda önəmli addım oldu. Yenidən bu komandaya qayıtmaq istərdim. Beş il öncəki "Tvente" ilə indiki komanda arasında böyük fərq var. O zaman klubun futbolçu seçmək imkanı daha çox idi. Mən bu dəfə "Qarabağ"ın qələbə qazanacağını düşünürəm. Rəşad Sadıqov və Reynaldo hazırda "Qarabağ"ın aparıcı və fərq yarada biləcək futbolçularıdır”.


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30