17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

UEFA “Real” - “Yuventus” matçının hakimini “Qarabağ”ın oyununa təyin etdi

GRAFENİN İDARƏ ETDİYİ AVROLİQA OYUNUNDA HOLLANDLAR UDUZURLAR

Xəbər verdiyimiz kimi, Avroliqanın play-off mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Qarabağ” - “Tvente” matçını alman Manuel Grafe idarə edəcək. Futbolxeber.az-ın məlumatına görə, 41 yaşlı referi 2007-ci ildən FİFA hakimi adını daşıyır. Bu günə kimi onun yolu nə millimiz, nə də klublarımızla kəsişib. Avropada kifayət qədər tanınan Grafe 2 dəfə Hollandiyanın əsas, 1 dəfə isə U-21 millisinin oyununu idarə edib və hər 3 halda hollandlar meydandan qalib ayrılıblar.

Avrokuboklarda isə alman referi 3 dəfə Hollandiya klublarının oyununda ədaləti qoruyub. Onun idarə etdiyi oyunlarda - 2011/12 mövsümündə Avroliqada “Ayaks” və PSV uyğun olaraq “Spartak” və “Valensiya”ya uduzub. Əvəzində ÇL-də “Ayaks” Zaqreb “Dinamo”sunu səfərdə məğlub edib. Göründüyü kimi, Grafenin idarə etdiyi Avroliqa oyunlarında Hollandiya təmsilçiləri meydanı məğlub qismində tərk ediblər.

Karyerası ərzində bir çox mühüm oyunlara təyinat alan Manuel Grafe ötən il ÇL-in qrup mərhələsi çərçivəsində baş tutan “Real” - “Yuventus” matçını (2:1) idarə edib.

 

 

 




Ad: Tural Agayev;   E-mail: [email protected]

15.08.2014 20:06

Teze transferler .
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30