28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Namiq Ələsgərov “Bakı”ya minnət qoydu: “Daha nə etməliydim ki?”

"Bakı"nın mənə görə "Qarabağ"dan pul tələb etməsi barədə heç nə deyə bilmərəm. Bu məsələ mənə aid deyil. Bir şeyi bilirəm ki, mən "Qarabağ"a qanuni şəkildə keçmişəm, heç bir qaydanı pozmamışam”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Namiq Ələsgərov deyib.

Gənc futbolçu Ağdam klubunun rəsmi saytına verdiyi açıqlamada “Bakı”nı qanuni şəkildə tərk etdiyini bildirib: “Eşitmişəm ki, məni "Bakı"nı atıb getməkdə günahlandırırlar. Amma məni da başa düşmək lazımdı. Yarım il idi pul almırdım, amma oynayırdım. Daha nə etməliydim ki? Mən də yaşamalıyam, ailəmə çörək pulu qazanmalıyam. Məni günahlandıranlar özləri altı ay pulsuz qalarlar? Mən son ana kimi hər şeyin yaxşı olacağına ümid edib, gözlədim. Amma düzəlmədiyini görüncə özümə klub axtarmağa başladım”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31