4 Fevral 2026, Çərşənbə
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Ölkə futbolu

"Qarabağ" və "Tvente"nin şansları bərabərdir"

"Qarabağ"ı əvvəlki illərlə (2009) müqayisə etmək olmaz. Ağdam təmsilçisi indi daha güclüdür". Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ" klubunun aşağı yaş qrupları üzrə komandasının direktoru Con van Loen Hollandiya mətbuatına açıqlamasında deyib.
 
Hollandiyalı mütəxəssis "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı "Tvente" ilə oyunda şanslarının bərabər olduğunu bildirib: "Qarabağ" komandaya yaxşı nəticələr qazandıran legionerlərlə daha güclüdür. Mərhələ keçmək şanslarını 50-nin 50-yə qiymətləndirirəm. Ancaq bir şeyi deyə bilərəm ki, Bakıda stadionda "Qarabağ"a böyük azarkeş dəstəyi olacaq. Hansı ki, "Zalsburq"la oyunda bunu görmüşdük".
 
Qeyd edək ki, "Qarabağ" 2009/2010 mövsümündə Avropa Liqasının pley-off mərhələsində "Tvente" ilə qarşılaşmış və iki oyunun nəticəsinə görə (1:3, 0:0) mübarizəni dayandırmışdı. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28