24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"İlk dövrədə itirilən xallar sonda həlledici oldu"

 

"Rəvan"ın futbolçusu Ramazan Abbasov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Son turda "Rəvan” forması ilə Premyer Liqadakı 40-cı görüşünü keçirdin. Yubiley barədə fikirlərini bilmək maraqlı olardı.

- Mənim üçün xoşdur, əlbəttə. Bir klubun formasını daim geymək futbolçu üçün hərtərəfli yaxşıdır. Çünki artıq mühit dəyişikliyinə ehtiyac qalmır. Bu da sabit oynamağına təsir göstərir. Öz təcrübəmə əsasən deyə bilərəm ki, tez-tez klub dəyişmək futbolçuya heç də yaxşı təsir etmir. Hazırda "Rəvan”da oynadığıma görə şadam, belə fürsətin olması xoşdur.

- Ötən mövsüm də "Rəvan”da idin. Bu iki komandanı müqayisə edə bilərsən?

- Müqayisə eləmək mənə çətindir. Ötən mövsüm də komanda yaxşı çıxış edirdi. Sadəcə, bu mövsüm olduğu kimi, bəzi həlledici məqamlarda yersiz xal itkiləri hədəfə çatmağa mane oldu. Məhz bu üzdən ilk "6-lığ”a düşə bilmədik. Məncə, bu oyununuzla ilk "6-lıq”da çıxış edə bilərdik. Sadəcə, ilk dövrədə itirilən xallar sonda həlledici oldu. Ancaq hiss olunur ki, "Rəvan”da artım gedir, yüksəliş var.

- Premyer Liqanın son iki oyununda ehtiyatda qalırsan, yalnız əvəzləmədən sonra meydana çıxırsan. Bu nə ilə bağlıdır?

- Bu, məşqçinin qərarıdır və ona hörmətlə yanaşıram. Məşqçi kimin oyuna daha yaxşı hazır olduğunu görür və öz seçimini edir. Mənə elə gəlir ki, Ramil müəllim hamıya şans verir. Sadəcə, bu şansdan yararlanmaq lazımdır. Komandamızda ayrı-seçkilik yoxdu, ola da bilməz.

- Sənin mövqeyində son oyunlarda Tofiq Mikayılov çıxış edir. Bu rəqabət sənə və oyununa necə təsir edir?

- Hər bir komandada rəqabət olmalıdır. Bu inkişaf üçün zəruridir. Hər bir futbolçu onu hər an lazımınca əvəzləyə biləcək oyunçunun olduğunu bilməlidir. Fikirləşməlidir ki, "boşalmaq” olmaz. Məşqlərdə səylə çalışmaq lazımdır ki, nə formanı itirəsən, nə də əsas heyətdəki yerini. Mən də məhz buna çalışıram.

- AZAL ilə oyunda meydana çıxdıqdan az sonra qol vurdun və sevincin emosional alındı. Səbəb nə idi?

- Yox, bunun nə iləsə əlaqəsi yoxdur. Sadəcə, komandamız uduzurdu və fərqi azaltdığıma görə sevindim. Adi instinktiv hərəkət idi.

- Bəs məğlubiyyətin səbəbləri nə idi, səncə?

- Dəqiq səbəbləri baş məşqçi düzgün bilər. Amma mənə elə gəldi ki, əzmkarlıqda rəqibə uduzduq. Son 4 oyundakı "Rəvan”ı görə bilmədik. Ümidvaram ki, evdə keçirəcəyimiz oyunda onlardan bu yenilginin əvəzini çıxacağıq.

- Ümumiyytlə, komandanı necə dəyərləndirirsən? Hazırkı komanda mövsümün əvvəlindən olsaydı, nəyə nail olmaq mümkün idi?

- Komanda haqda da daha düzgün məlumatı baş məşqçi verə bilər. Amma məncə, ən azından daha iddialı olardıq. İlk "6-lığ”a da vəsiqə qazana bilərdik.

- Qarşıdan "Turan”la matç gəlir. Komandadan nə gözləyək?

- Oyuna hazırlıq tam qaydasında gedir. Əvvəlki kimi səylə hazırlaşırıq. Təbii ki, qələbə üçün meydana çıxacağıq. Ən azı komandada ruh yüksəkliyi yaratmaq üçün bu vacibdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30