25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Nfor Azərbaycan futbolunun tarixinə düşdü

Azərbaycan futbolunda görünməmiş hadisə qeydə alınıb. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, “Neftçi” klubunun hücumçusu Ernest Nfor Avropa Liqasının III təsnifat mərhələsinin “Çixura” ilə Gürcüstanda baş tutan matçında het-trikə imza atıb. İlk 45 dəqiqədə 3 qola imza atan kamerunlu hücumçu 3:2 hesablı qələbəmizin memarı olub. Nfor Azərbaycan futbolu tarixinə avrokuboklardakı 2-ci het-trikin müəllifi kimi düşüb.

İlk belə hadisə 14 il əvvələ təsadüf edib. Həmin vaxt “Şəmkir”in gürcüstanlı legioneri Badri Kvaratsxeliya bir matçda 3 qol vurmuşdu. Milliləşən futbolçu Latviya “Skonto”su ilə Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda het-trik müəllifi olmuşdu.

Lakin Nfordan fərqli, Badri het-triki 90 dəqiqədə deyil, əlavə vaxtda rəsmiləşdirmişdi. Həmin vaxt oyun 2:1 hesabı ilə başa çatmışdı və nəticənin 4:1-ə çatdırılması Badrinin qol satını 3-ə yüksəltməsi ilə mümkün olmuşdu.

Elə buna görə də Nfor 90 dəqiqədə 3 qol vuran ilk futbolçu kimi tarixə düşdü. İndiyədək avrokuboklarda belə hadisə görünməmişdi ki, Azərbaycan klubunun üzvü əsas vaxtda 3 dəfə fərqlənsin. Afrikalı həm də əvvəl UEFA kuboku, indi Avropa Liqası adlanan yarışda ilk belə uğurumuzun sahibidi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30