23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Qarabağ"ın 19 potensial rəqibi müəyyənləşdi

Çempionlar Liqasında mübarizəni dayandıran "Qarabağ" klubunun Avroliqanın "pley-off" mərhələsindəki 19 potensial rəqibi müəyyənləşib. Futbolxeber.az-ın 
Qol.Az-a istinadən verdiyi məlumata görə, bu rəqiblərdən 7-si Çempionlar Liqasında mübarizəni dayandıran, 12-si isə "pley-off" mərhələsinə birbaşa qoşulanlardır.
 
"Qarabağ" püşk zamanı səpələnməmişlər səbətində yer alacaq ki, bu da Ağdam təmsilçisini nisbətən güclü rəqiblə üz-üzə qoyacaq. "Qarabağ"ın potensial rəqibləri sırasında "İnter" (İtaliya), "Tottenhem" (İngiltərə), "Vilyareal" (İspaniya), "Tvente" (Hollandiya), "Seltik" (Şotlandiya), "Makkabi" (Təl-Əviv, İsrail), "Sparta" (Praqa, Çexiya) və "Borussiya" (Münhenqladbax, Almaniya) kimi komandalar var. 
 
Ümumilikdə pley-off mərhələsində 62 komanda çıxış edəcək ki, bunlardan da 33-ü artıq müəyyənləşib. Qalan 29 iştirakçısının kimliyinə bu gün aydınlıq gələcək. Avropa Liqasının III təsnifat mərhələsinin qalibləri də pley-off mərhələsində iştirak hüququ əldə edəcəklər. Həmin komandalar sırasında Azərbaycanın "Neftçi" klubu da ola bilər. Lakin bunun üçün son ölkə kubokunun sahibi Gürcüstan "Çixura"sını mübarizədən kənarlaşdırmalıdır.
 
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkü sabah, Bakı vaxtı ilə saat 16:00-da atılacaq.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30