29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Böyükağa Hacıyev: “Puyol və ya Serxio Ramos “Çixura”da oynayasaydı…”

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Çixura"sına qarşı keçiriləcək cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Futbolxeber.az-ın Azerisport.az-a istinadən verdiyi məlumata görə, Hacıyev, bu gün Tiflisdə baş tutan mətbuat konfransında bunları söyləyib:

* Əvvəla bütün Gürcüstanı salamlayıram. Özümü Bakıdakı kimi hiss edirəm. Qafqazda Gürcüstan bizə ən yaxın ölkə olub. Gəncliyim də Gürcüstanla çox bağlıdı. Buradakı stadionlarda çox olmuşam. Azərbaycanda çoxlu Gürcüstanlı mütəxəssis işləyir.

* Sabah azarkeşlər yaxşı futbol şousu izləyəcəklər. Rəqib çox yaxşı müdafiə futbolu oynayır. Onlar güclü olmasaydılar, Türkiyə nəhənglərindən olan "Bursaspor"u mübarizədən kənarlaşdırmazdılar. "Çixura" müdafiə olunmağı sevirsə, biz də hücum futboluna üstünlük veririk. Elə ən yaxşı müdafiə də hücumdu.

* Rəqib bizi də "Bursaspor" kimi məğlub etmək istəyir. "Çixura" qorxulu rəqibdi. Bakıda qapıya yol tapa bilmədik. Ümid edirəm ki, buradakı oyunda fərqli olacaq. Rəqibin heyətində Puyol və ya Serxio Ramos oynayasaydı, onların səhv etməyəcəyini düşünərdim. Amma rəqibin belə bir müdafiəçisi yoxdu. Hər bir insan kimi onlar da səhv edə bilərlər. Şansların bərabər olduğunu düşünürəm.

* "Çixura" nə qədər qapanır qapansın, bu işə bir son qoyulmalıdı. Mən "Neftçi"nin şousundan danışa bilərəm. Rəqib nə qədər bizim oyunlarımızı izləyir izləsin, biz elə taktika seçəcəyik ki, onlar heç nə edə bilməsin. - "Çixura" sırf müdafiə futbolu oynayır. Amma "Koper" müdafiə olunsa da, bir qədər kombinasiyalı oyuna da üstünlük verirdi. "Çixura" isə hücumda yalnız cinahlara güvənir.

* Çox minnətdaram ki, bizim acımıza şərik olursuz. Hamınıza minnətdaram. Zamanı gələcək, hər şey qaydasına düşəcək. Düzdü, biz qara sarğıyla oynamaq üçün UEFA-ya müraciət etmişdik. Amma bu, Ələkbər Məmmədovun ölümü ilə bağlı idi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31