20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

6 avqust - “Qarabağ” üçün uğurlu tarix!

“Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Zalsburq”un qonağı olacaq. Futbolxeber.az-ın məlumatına görə, bu günkü tarixdə - 6 avqustda “Qarabağ” ikinci dəfə avrokubok oyununda meydana çıxacaq. İlk belə hal 5 il əvvəl yaşanıb. 2009-cu ilin 6 avqustunda “Qarabağ” Avroliqanın III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Finlandiyanın “Honka” klubu ilə qarşılaşıb. Həmin matç Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 32-ci dəqiqədə hazırda “İnter”də çıxış etdən Elvin Məmmədov hesabı açıb. Daha sonra rəqib hesabı bərabərləşdirsə də, Rəşad Sadıqovun 80-cı dəqiqədə vurduğu qol “Qarabağ”a 2:1 hesablı qələbə qazandırıb.

“Qarabağ” kimi “İnter” də bir dəfə 6 avqust tarixində avrokubok oyununda meydana çıxıb. Lakin “bankirlər”in səfərdə “Partizan”a qarşı keçirdiyi matç, Serbiya çempionunun 2:0-lıq qələbəsi ilə başa çatıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30