23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Teli mövsümü qapadı, Aqollinin şansı var

 

"Qarabağ"ın müdafiəçisi Admir Teli mövsümü bitirib. Futbolxeber.az-ın məlumatına görə, ardıcıl 88 oyuna çıxmaqla Azərbaycan rekordu qıran albaniyalı futbolçu "Bakı" ilə oyunda zədələnərək əvəzlənməli olmuşdu. Müayinələrdən sonra məlum olub ki, 31 yaşlı futbolçunun sağ ayağı burxulma nəticəsində sıradan çıxıb. Eyni oyunda sıradan çıxan Ansi Aqollinin durumu bir qədər daha yüngüldür. Klubun fizioterapevti Murat  Şahinoğlu zədəlilərlə bağlı "Qarabağ"ın rəsmi saytına açıqlama verib: " Admirin durumu daha ağırdı. İlkin müayinə zamanı vəziyyətin ağır olması bəlli oldu. Onun üzərində xüsusi müalicə proseduru yerinə yetiririk. Gələn həftə onu yüngül məşqlər etdirə bilərik. Amma bunun fəsadı da ola bilər. Ona görə də riskə getməyi düşünmürük. Normalda  Admirin geri dönüşü üçün 1 ay  lazımdır. Amma mülaicənin verdiyi təsirin də böyük rolu var. Ansinin durumu daha qənaətbəxşdir. Hər halda Aqollinin bu mövsüm oynama şansı var. Onda əzələ gərilməsi var. Sıraya dönməsi üçün 10 gün lazım olur. Hazırlıq prosesini də nəzərə alsaq daha bir neçə gün lazım ola bilər. Belədə son 2-3 oyunda meydana çıxma şansı var".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30