28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Sənan Şəfizadə: "Qarabağ" tarixinin ən vacib oyunlarından birində tarix yazmağı bacaracaq"

Tanınmış jurnalist, “ATV” telekanalının əməkdaşı Sənan Şəfizadə “Qarabağ”ın bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Zalsburq”a qarşı keçirəcəyi oyun haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, Şəfizadə bunları deyib: "Qarabağ"da ab-hava yaxşıdır. Avropada yaşayan azərbaycanlılar da komandamıza dəstək olur və buna sevinməmək olmaz. Bakıdan məhz "Qarabağ"a görə gələn azarkeşlər var. Məlumat üçün bildirim ki, bu dəqiqəyə qədər oyuna 19 min bilet satılıb. Zalsburqda yaşayan türklər də stadiona gələrək "Qarabağ"a dəstək olacaq. Oyunun əhəmiyyəti haqqında danışmağa ehtiyac yoxdur. Hamı bilir ki, bizə sərfəli nəticə lazımdır. Komandada olan ab-hava futbolçuların tarix yazmağa hazır olduğunu göstərir. Matçda 600-a yaxın həmyerlimiz bizə dəstək olacaq. Məncə, "Qarabağ" tarixinin ən vacib oyunlarından birində tarix yazmağı bacaracaq".


Mənbə: Futbol11.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31