25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qəbələ” üçün yaxşı olan nə varsa, bacardığımı əsirgəməmişəm"

 

“Stenli Brard çoxlu nailiyyət qazanmış məşqçidir. Biz onun Hollandiyada “Feyenoord” Akademiyasında gördüyü işdən razıyıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ” klubunda müşavir vəzifəsində çalışan Toni Adams deyib.
 
Adams iyundan “Qəbələ” Akademiyasının direktoru kimi fəaliyyətə başlayacaq Stenli Brardın nailiyyətlərindən və özünün “Qəbələ” prezidentinə məsləhətçi funksiyasından danışıb: “Onun vaxtında çempionatda yaxşı nəticələr qazanılıb. Bizim üçün fərəhli haldır ki, Stenlini qazana bildik. “Feyenoord” Akademiyasını 9 ildən çox müddətdə yüksəklərə ucaldıb. Hazırda “Feyenoord”un əsas komandasında akademiyadan çıxmış çoxlu oyunçu var”.
 
Adams müşavir kimi işindən və yenidən məşqçiliyə başlamaq istəyindən danışıb: “Mənim qarşımda qoyulan şeylərin çoxunu yerinə yetirə bilirəm və “Qəbələ” üçün yaxşı olan nə varsa, bacardığımı əsirgəməmişəm. Ancaq mən məşqçilik həyatına üstünlük verirəm. Çəkmələrimi yenidən geyinib özümü bu işdə sınamaq, kömək etmək, bu oyunda öyrəndiklərimi kimlərəsə ötürmək daha yaxşı olardı. Mən ofisdə bir neçə saat qala bilərəm. Sonra ordan çıxmalı və nəsə etməliyəm. Çünki mən bayırda çox olan insanam”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30