25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qarabağ” Polşadakı nəticəsini təkrarlamalıdı...

..."NEFTÇİ"NİN AQİBƏTİNİ YAŞAMAMAQ ÜÇÜN

“Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Zalsburq”un qonağı olacaq. Futbolxeber.az-ın məlumatına görə, Ağdam klubu ilk oyunda öz meydanında 2:1 hesablı qələbə qazanıb.

Buna qədər Azərbaycan klubları avrokuboklarda 3 dəfə öz meydanında keçirdikləri ilk oyunda 2:1 hesablı qələbə qazanıblar. Həmin qalibiyyətlərdən sonuncusu elə Ağdam klubunun, əvvəlki ikisi isə “Neftçi”nin payındadır. Maraqlıdır ki, “Neftçi” hər iki halda evdə 2:1 hesablı qələbə qazandıqdan sonra, cavab oyununda mərhələ adlaya bilməyib.

“Ağ-qaralar”dan fərqli olaraq Ağdam təmsilçisi öz meydanında ilk oyunda 2:1 hesablı qələbə qazandıqdan sonra mərhələ adlamağa müvəffəq olub. Ötən il Polşada “Piast Qlivitse”yə qarşı baş tutan görüşdə Qurban Qurbanovun komandası əsas vaxtda 1:2 hesabıyla uduzsa da, 108-ci dəqiqədə Kapolonqonun qolu sayəsində mərhələ adlayıb. Bu isə o deməkdir ki, ÇL-də tarix yazmaq üçün “Qarabağ” 1 il əvvəl Polşadakı nəticəsini təkrarlamalıdır.

1996-97 mövsümü UEFA Kuboku “Neftçi” - “Lokomotiv” (Sofiya, Bolqarıstan) 2:1 - 0:6

2008-09 mövsümü İntertoto Kuboku “Neftçi” - “Vasluy” (Rumıniya) 2:1 - 0:2

2013-14 mövsümü Avroliqa “Qarabağ” - “Piast Qlivitse” 2:1 - 2:2 (əlavə vaxtda)

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30