29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Çixura” - “Neftçi” matçında gürcülər üçün uğurlu hakim

Xəbər verdiyimiz kimi, Avroliqanın III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Çixura” - “Neftçi” oyununu macarıstanlı Tamaş Boqnar idarə edəcək. Futbolxeber.az-ın məlumatına görə, macar referi 1978-ci ildə anadan olub. 2009-cu ildən FİFA hakimi statusunu daşıyır. Hazırda FİFA-nın ikinci kateqoriyalı hakimləri sırasına daxildir. Bu günə kimi Boqnar nə klublarımızın, nə də millimizin oyununu idarə edib.

Əvəzində o, 2 dəfə Gürcüstan klublarının avrkuboklardakı oyununda baş hakim olub. Boqnarın Avrokuboklardakı debütu “Lisburn Distillery” (Şimali İrlandiya) - “Zestafoni” (Gürcüstan) oyununa təsadüf edib. 2009-2010 mövsümündə keçirilən həmin matç gürcülərin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ötən mövsüm isə Boqnar Avroliqanın üçüncü təsnifat mərhələsi çərçivəsində baş tutan “Dila” (Gürcüstan) - “Hayduk” (Xorvatiya) matçını idarə edib. Avqustun 8-də keçirilən həmin qarşılaşmada da sevinən tərəf Gürcüstan təmsilçisi olub - 1:0. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31