20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Ələkbər Məmmədovun ölümünə...

Әlәkbәr Mәmmәdov heç vaxt lazım olanları danışmayan futbol veteranlarının arasında әn mәşhuru idi..

Ölüb. "Üçü" dә susqunluqda çıxıb adamın. Meyidi evindә tapılıb. Azәrbaycan futbolunun faciәsidi bu..

Futbol veteranlarının ölümü dә sükunәtdә, susmaqla keçir.

84 il yaşayan Azərbaycanın ən bərk sağ ayağının ölüm “ssenarisi” “Neftyanik”i Moskvaya dəyişməyən Banişevskinki ilə oxşar oldu.

Banişevski alkoqola qurban getdi, Məmmədov isə əməlli-başlı futbol məmuru idi. Yəni əslində mənəvi  müqayisə sərxoşluq yaradacaq dərəcədədi.

          ***

Onlardan ölənlər ölüb, qalanlarsa.. hələ də susurlar. Onlar susmamalıydılar. Çünki ən lazımlı şey onların susmamasıdı.

Daoizmdə ölüm varlıqla yoxluq arasında ensiz, qısa zolaqdı. Ancaq bir futbol veteranıma bu fəlfəsədən məqamlar əxs etməyim gəlmir...

...Bilirsiz, Azərbaycan futbolunun elə bərbad futbol veteranları var (olub) ki, ürəyindən keçən  ürəkli bir yazı həsr eləmək istəsən belə, sağlığında susqunluğuyla elədikləri yazdığın cümlələrə heyfslənmək hissi yaradacaq səndə - yazmırsan...

Ələkbər Məmmədov meyidi ortada 3 gün qalıb... Siz özünüzü belə öldürməyin, Azərbaycan futbolunun veteranları...

Elçin Cəlilov, Futbolpress.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30