18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Xaqani Məmmədov: “Necə deyə bilərəm ki, Qazaxıstanın yeri Avropa yox, Asiyadı?”

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, X.Məmmədov müsahibəsində Qazaxıstanın Avropada deyil, Asiyada çıxış etməli olduğu barədə fikirləri təkzib edib, həmçinin “Şaxtyor” - “Hayduk” matçını idarə edən Əliyar Ağayevin işini yüksək qiymətləndirib.

- Sizi əmin edirəm ki, bu, absurddu. Mən Qazaxıstanın UEFA-nı tərk etməli olduğu barədə heç bir fikir səsləndirməmişəm. Əliyar Ağayev son 1 həftədə ikinci dəfə avrokuboklarda Qazaxıstan klubunun oyununu idarə edib. Eləcə də “Kayrat”ın Albaniya “Kukesi”sinə qarşı keçirdiyi oyunun da hakimləri Azərbaycandan idi. Məhz qazax klublarının sayəsində hakimlərimiz əvəzolunmaz təcrübə qazanırlar. Yeri gəlmişkən, azərbaycanlı hakimlərin idarə etdiyi hər 3 oyunda Qazaxıstan klubları qələbə qazanıb. Mən necə deyə bilərəm ki, Qazaxıstanın yeri Avropa yox, Asiyadı?

- “Şaxtyor”un baş məşqçisi Viktor Kumıkovun sizin həmyerlinizin “Hayduk”la oyundakı idarəçiliyi barədə səsləndirdiyi fikirlər haqda nə deyə bilərsiz?

- Onu başa düşüürəm. Emosiyalara qapıldığı üçün bu qədər əsəbi çıxış edib. Amma Əliyar həmin oyunu əla idarə etdi. Biz oyuna baxmışıq. Onun bütün qərarları düzgün idi. O cümlədən də təyin etdiyi penalti. Biz onun işindən razıyıq.

Qeyd edək ki, Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti Oljas Arbayev də Xaqani Məmmədovun Qazaxıstan əleyhinə fikirlər səsləndirmədiyini qeyd edib. Abrayev bu haqda tvitterdə yazıb: “Telefon danışığımız zamanı cənab Xaqani Məmmədov Qazaxıstan barədə səsləndirdiyi fikirləri təkzib edib”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30