20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Zalsburq” - “Qarabağ” matçında avstriyalılar üçün düşərli hakim

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Zalsburq” - “Qarabağ” matçının şotlandiyalı Robert Madden idarə edəcək. Futbolxeber.az-ın məlumatına görə, 36 yaşlı şotland hakim 2010-cu ildən FİFA referisi statusunu daşıyır. UEFA-nın ikinci kateqoriyalı hakimləri sırasına daxil olan Maddenin bu günə yolu nə millimiz, nə də klublarımızla kəsişib.

Əvəzində 36 yaşlı referini avstriyalılar üçün düşərli hakim hesab etmək olar. Belə ki, o, 4 dəfə avstriyalıların oyununda ədaləti qoruyub və bu görüşlərin hamısında Avstriya təmsilçiləri qələbə qazanıblar.

İlk dəfə Madden 2010-cu ildə Avstriyanın U-19 millisinin oyununu idarə edib. Həmin görüşdə Avstriya yığması Serbiyanı 2 cavabsız qolla üstələyib. 3 il sonra o, yenidən Avstriyanın U-19 millisinin görüşlərinə təyinat alıb. Seçmə mərhələdə Maddenin idarə etdiyi ilk oyunda Macarıstanı 2:1 hesabı ilə üstələyən avstriyalılar, cavab görüşündə də Andorranı 9 cavabsız qolla üstələyib. Ötən mövsüm Çempionlar Liqasının III təsnifat ilk oyunu çərçivəsində baş tutan “Austriya” (Avstriya) - “Hafnarfyordur” (İslandiya) görüşünü də Madden idarə edib və matç Avstriya çempionunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30