29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Xaqani Məmmədov: “UEFA-dan təyinat almamağımın günahkarı özümüməm”

Asim Xudiyevdən fərqli olaraq, UEFA son vaxtlar AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova beynəlxalq oyunlar zamanı dəvət göndəmir. Məmmədovu nə ÇL-in, nə də Avroliqanın oyunlarında görürük.

Hakimlər Komitəsinin sədri Futbolxeber.az saytına verdiyi açıqlamada qitə futbol qurumunun diqqətindən kənarda qalmasına belə münsibət bildirib: “UEFA-nın mənə dəvət göndərməməsi sırf dillə bağlıdır. İngilisi dilini lazımı səviyyədə bilməməyim yolumu bağlayır. Bunun başqa heç bir səbəbi yoxdur. Avroliqa və ÇL-in oyunlarına təyinat almamağımın günahkarı özüməm. Düzdür, seminarlarda iştirak edirəm və fikrimi, tərcüməçi vasitəsi ilə də olsa, lazımı səviyyədə çatdıra bilirəm. Hətta UEFA nümayəndələri də bildirirlər ki, nəyə görə ingilis dilini öyrənmirsən?”

UEFA nümayəndələri kimi, elə biz də eyni sualı Xaqani Məmmədova ünvanladıq: “İnanın ki buna vaxtım yoxdur. Tam səmimi deyirəm. Nəinki həftənin 5 günü, hətta şənbə və bazar günləri də AFFA-nın binasında oluram. Bax, bu gündən etibarən Polşaya aparılmayan hakimlərdən normativlər götürəcəyik. 3 gün ərzində 150-yə yaxın hakimi sınaqdan keçirəcəyik. İngilis dilini öyrənə bilməməyim sırf vaxt məhdudiyyəti ilə bağlıdır. Bizi yalnız Asim Xudiyev təmsil edir. Bu səbəbdən də o, belə tez-tez UEFA-dan təyinat alır”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31