25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Bakcell Arena”da qalmaqal: 3 azarkeş həbs olundu, gürcülər 1 saat stadionda qaldılar

Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutan “Neftçi” - “Çixura” oyunundan sonra qalmaqal yaşanıb. Futbolxeber.az-ın məlumatına görə, insident azarkeşlərin stadionu tərk etdiyi anda yaşanıb. Hər iki komandanın azarkeşləri bir-birilərinin ünvanına təhqiramiz ifadələr işlədiblər. Amma polis olayın böyüməsinə imkan verməyərək, gürcü fanatların stadionu tərk etməsinə mane olub. Onlara arenanın bir hissəsində gözləmək tapşırığı verilib. Lakin bəzi gürcü fanatlar əmrə tabe olmayıblar. Bu səbəbdən də polislərlə gürcü azarkeşlər arasında da mübahisə yaranıb. Yekunda 3 gürcü fanat həbs olunaraq, Nizami rayonu ərazisindəki polis bölməsinə aparılıblar. Bu məqam isə digər gürcü fanatların narazılığına səbəb olub.

Məsələnin böyüməsinə AFFA-nın baş katibi Elxan Məmmədov imkan verməyib. Qurum rəsmisi “Neftçi”nin prezidenti Sadıq Sadıqovla birgə qonaqları sakitləşdirməyə çalışıb. Baş katib “Çixura” rəsmiləri və gürcü azarkeşlərə bildirib ki, həbs olunan 3 azarkeş yaxınlıqdakı polis bölməsindədirlər. Tezliklə Gürcüstanın Azərbaycandakı səfirliyindən nümayəndələr həmin polis bölməsinə gələcək və onların izahatları alındıqdan sonra sərbəst buraxılacaqlar. Arenada olan azarkeşlər üçün avtobus da ayrılıb. Amma gürcülər yenə də inadkarlıq nümayiş etdirərək, dərhal polis bölməsinə yollanmaq istədiklərini bildiriblər. Elxan Məmmədov isə bunun təhlükəsizlik baxımından düzgnü olmadığını qeyd edib. Yekunda matçın başa çatmasından təxminən 1 saat sonra, daha dəqiq desək 23:42-də gürcü azarkeşlər və jurnalistlər “Bakcell Arena”dan ayrılıblar. Gürcülər arenanı polis müşaiyəti ilə tərk ediblər.

AFFA-nın baş katibi Elxan Məmmədov və Sadıq Sadıqov yalnız bundan sonra, təxminən 23:55 radələrində arenadan ayrılıblar.

Qeyd edək ki, matçın UEFA nümayəndəsi, rusiyalı Vladislav Xodeev bütün baş verənləri diqqətdə saxlayaraq, lazımı qeydlər aparıb. O, bu barədə qitə futbol qurumuna lazımı bütün məlumatları təqdim edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30