20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ağasəlim Mircavadov: “Avstriyada uğur qazanmaq üçün “Qarabağ”dan...”

“Qarabağ” nə imkanı vardısa, hamısından istefa etdi. Bu da çox gözəl haldı. Komandanın oyununu bəyəndim. Var gücləri ilə meydanda mübarizə apardılar”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis Avstriyadakı cavab oyununun təmsilçimiz üçün çox çətin keçəcəyini hesab edir: “Cavab oyunu “Qarabağ” üçün Bakıdakında da ağır olacaq. İkinci hissədə gördünüz ki, “Zalsburq” rəqibin cərimə meydançasında çoxluq təşkil edirdi. Öz meydanlarında da onlar eyni oyunu sərgiləyəcəklər. “Qarabağ” cinahları qorumağa çalışsa da, qapısında qolu mərkəzdən gördü”.

Mircavadov alınan iki qırmızı vərəqənin lazımsız olduğunu düşünür: “Qarabağ”ın futbolçuları meydanda çox çalışırdılar. Topu özlərində saxlamağa səy göstərirdilər. Bu, müsbət məqamdı. Bunun üçün futbolçunun fərdi ustalığı olmalıdır. “Qarabağ”ın oyunçularında da bu keyfiyyət var. Amma qırmızı vərəqələr lazımsız oldu. Teli heç nədən meydandan qovuldu. O ki qaldı Reynaldonun epizoduna, məncə, hakim orada səhvə yol verdi. Həmin epizodda maksimum sarı vərəqə göstərilməliydi”.

Ağasəlim Mircavadov qeyd edib ki, Reynaldonun yoxluğu cavab oyununda komandanın çıxışına mənfi təsir göstərə bilər: “Həm Teli, həm də Reynaldonun yoxluğu özünü göstərəcək. Xüsusən də Reynaldonu qeyd etmək olar. Çünki “Qarabağ” səfər matçında da əsas ümidini əks-hücumlara bağlayacaq. Bu zaman isə sürətli futbolçuya ehtiyac var. Dünən braziliyalı çox yaxşı oyun sərgilədi. Vurduğu qolu da heç nədən yaratdı. Yəni, fərdi ustalığı sayəsində”.

Bütün bunlara baxmayaraq, Mircavadov “Qarabağ”ın mərhələ adlamaq üçün sona kimi vuruşacağına əmindir: “Qarabağ”ı avrokubokların qrup mərhələsindən cəmi 1 oyun ayırır. İlk iş burada görüldü. İndi qalıb, cavab oyununda lazımı nəticəni qazanmaq. Avstriyada da uğurlu nəticə olsa, artıq komanda qrup mərhələsinə yüksələcək. Neçə ildir “Qarabağ” məhz bu məqsəd uğrunda mübarizə aparır. İndi komanda məqsədinə çox yaxındır. Odur ki, səfər oyununda da vahid komanda kimi, sonadək mübarizə aparmaq lazımdır. Avstriyada uğur qazanmaq üçün “Qarabağ”dan böyük əzmkarlıq tələb olunur. Tələsməmək, topu özündə saxlamaq və şanslardan yararlanmaq mütləqdir”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30