25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Muntyanu: “Çempionata start verəcəyimiz heyəti formalaşdırmağı bacardıq”

Hollandiya toplanışının ardından “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu hazırlıq prosesi və digər məsələlər barədə fikirlərini gabalafc.az-la paylaşıb. Futbolxeber.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis komandanın hazırlığından razı qaldığını deyib: “Ümümi olaraq dəyərləndirsək, hazırlıq prosesinin gedişindən razı qaldım. Çempionata start verəcəyimiz heyəti formalaşdırmağı bacardıq. Yaxşı oyunlar keçirdik. Yoxlama matçlarında komandanın problemlərini, çatışmayan tərəflərini gördük. Hazırda o problemlərin həlli üzərində çalışırıq. Çempionatın startınadək qısa da olsa, səhvlərimiz üzərində işləmək vaxtımız və imkanımız var. Bu vaxt kəsiyindən maksimum yararlanacağıq. Komanda yeni formalaşıb, heyətdə yeni futbolçular var. Bu baxımdan komplektləşmək, bütöv komanda kimi formalaşmaq müəyyən vaxt tələb edir. Fikrimizi çempionatın ilk matçına yönəltmişik. Premyer Liqaya uğurlu start vermək istəyirik”.

Çempionatın ilk turunda “Qəbələ”nin qarşılaşacağı rəqibdən – “İnter”dən danışan Muntyanu uğura aparan vacib məqamlardan da bəhs edib: “Yeni futbolçu, gənc futbolçu anlayışını ortadan qaldırıb güclü “Qəbələ” formalaşdırmaq istiqamətində işləyirik. Heyətdəki bütün futbolçular bizə lazımdır və onların xidmətindən maksimum yararlanacağıq. Məqsədimiz komandamızın imicini yüksəltmək, onu hədəflərinə çatdırmaqdır. Bunun üçün meydançaya çıxan hər bir futbolçu məsulliyətini yaxşı anlamalı, əzmkar olmalı, gücünü sonadək qoymalıdır. Qarşıda bizi “İnter”lə çətin oyun gözləyir. Rəqib haqda lazımi məlumatlara malikik. Vacib məqam futbolçuların ilk oyuna münasibəti, onların gücünü və bacarığını necə nümayiş etdirməsi ilə bağlıdır. Umumiyyətlə, bu məqam bütün oyunlar üçün həlledicidir. Bu faktorlar bizə istədiyimiz hədəflərə çatmağa imkan yaradacaq”.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30