23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Qarabağ" Reynaldoya görə UEFA-ya şikayət edir

"Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin "Zalsburq"la keçirilən ilk oyununun (2:1) hakimliyi ilə bağlı UEFA-ya şikayət edəcək. Bu barədə Qol.Az saytına klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Ukraynalı baş hakim Sergey Boyko görüşün 86-cı dəqiqəsində "Qarabağ"ın ikinci qolunun müəllifi Reynaldo Silvaya birbaşa qırmızı vərəqə verərək onu meydandan qovub. "Qarabağ" klubu isə həmin epizodda qayda pozuntusunun olması ilə razılaşsa da, hakimin qırmızı vərəqə qərarına etiraz edib. Klub rəsmisinin sözlərinə görə, bu gün məsələ ilə bağlı UEFA-ya şikayət ərizəsi göndəriləcək.

Qeyd edək ki,  UEFA-nın apellyasiya komitəsi "Qarabağ"ın şikayətinə komandalar arasında cavab qarşılaşmasına 24 saat qalmışa qədər qərar verməlidir.

Xatırladaq ki, görüşün baş hakimi "Qarabağ"dan Admir Teli, "Zalsburq"dan isə Kristian Şveqleri də meydandan qovub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30