28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Böyükağa Hacıyev: “Çixura” “Koper”ə bənzər komandadı”

“Koper”lə oyundan sonra rəqibimiz “Çixura”dı. Rəqibin bir neçə oyununa, o cümlədən də “Bursaspor”a qarşı keçirdiyi hər iki görüşü izləmişəm. “Çixura” “Koper”ə bənzər komandadı. Onlar da müdafiəyə daha çox diqqət yetirirlər”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Sabah Avroliqananın III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında Gürcüstanın “Çixura” klubunu qəbul edəcək “ağ-qaralar”ın çalışdırıcısı bu gün oyunöncəsi mətbuat konfransı keçirib.

Təcrübəli mütəxəssis “Çixura”ya qarşı keçirdikləri 2 yoxlama oyunlarında rəqibi məğlub edə bilməmələrini problem hesab etmir: “Yoldaşlıq görüşləri bir başqa, rəsmi oyunlar tam başqa olur. Nə qədər çalışsan da, yoldaşlıq görüşündə komanda gücünün yalnız 50-60 faizini sərf edir. Həm də yoldaşlıq görüşündə bir sıra eksperimentlər edirdik. İlk yarıda başqa, ikinci hissədə isə fərqli heyətlərə güvənirik. Ən vacib olan sabahkı oyundu”.

B.Hacıyev rəqib futbolçu Rexviaşvilinin “Neftçi”yə 2:0 hesabı ilə qalib gələcəyik” açıqlamasına münasibət belə bildirib: “Rexviaşvili bizə sırf psixoloji cəhətdən təsir göstərməyə çalışıb. Onun sözlərinin nə qədər doğru, yalnış olduğunu sabah görəcəyik. Həm ona, həm də rəqib baş məşqçiyə minnətdaram ki, bizə bu cür motivasiya verdilər”.  

“Neftçi”nin çalışdırıcısı heyətlə bağlı danışmaq istəməyib: “Heyətlə bağlı heç bir açıqlama verməyəcəyəm. Çünki bunu heç komana üzvləri də bilmir. Əvvəldən nə taktika açıqlanacaq, nə də heyət. Bizim “Koper”ə qarşı o cür taktika ilə oynayacağımızı heç kim gözləmirdi”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31