20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Xəzər Lənkəran” üçün makedoniyalı qapıçı

Makedoniya millisinin qapıçısı Darko Tofiloski karyerasını Azərbaycanda davam etdirə bilər. 28 yaşlı qapıçının “Xəzər Lənkəran”a keçmək ehtimalı yaranıb. Belə ki, makedoniyalı ciddi qapıçı problemi olan cənublulara təklif olunub. “Xəzər Lənkəran” rəhbərliyi isə onun keçidi ilə bağlı götür-qoy edir.

Makedoniyanın “Pobeda” klubunun yetirməsi olan Darko 2005-08-ci illərdə bu komandanın əsas heyətində çıxış edib. Son 6 ildə isə qapıçı legioner həyatı yaşayıb.

Əvvəl Avstriyaya yollanan qolkiper 2 il “Şaafhauzen”in şərəfini qoruyub. 2010-cu ildə Slovakiyaya üz tutan Tofiloski burada 4 ildə 100-dən çox matç keçirib.

Klubdakı sabit çıxışın nəticəsidir ki, Darko ötən il Makedoniyanın əsas yığmasına da dəvət alıb. Vaxtilə ölkəsinin U-21, U-19, U-17 yığmasının əsas əlcək sahibi olan qapıçı 6 ildən sonra milliyə dönüb. Bu dəfə əsas komandaya çağırılan qolkiper millidə 2013-cü ildə debüt edib.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30