19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qarabağ”a inanın, inanmaq uğurun yarısıdır”

“Qarabağ” bu gün Çempionlar Liqasında “Zalsburq”a (Avstriya) qarşı keçiriləcək oyunda azarkeşlərdən güclü dəstək gözləyir.
 
Qol.Az saytının müxbiri ilə söhbətində klubun direktoru Əmrah Çəlikəl “Qarabağ”sevərləri bu gün stadionunun tribunalarını doldurmağa çağırıb.
 
“Biz bugünə qədər uğurlarımızı həm də azarkeşlərimizin dəstəyi ilə qazanmışıq. İnanıram ki, bu gün də belə olacaq. Biz “Zalsburq”la oyunda birliyimizi bütün Avropaya sübut etməliyik. 
 
Ona görə də azarkeşlərimiz bugünkü oyunda doxsan dəqiqə matç izləməməlidir, “Qarabağ”ımıza sonadək dəstək olmalıdır. Biz Tofiq Bəhramov adına Respublika stadionunda belə bir atmosferi gözləyirik. Komandamıza inanın. İnanmaq uğurun yarısıdır” - deyə Əmrah Çəlikəl qeyd edib.
 
Xatırladaq ki, “Qarabağ” – “Zalsburq” oyunu bu gün saat 20.30-da başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30