29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ruslan Abışov: “Çempionata uğurlu start vermək istəyirik”

"Avropa Liqasındakı məğlubiyyətdən sonra komandada psixoloji vəziyyət o qədər də yaxşı deyildi. Amma Hollandiyada baş tutan təlim-məşq toplanışı komandanın toparlanması, özünə gəlməsi baxımından önəmli rol oynadı. Məşqlərimiz çox yararlı keçdi, güclü komandalarla qarşılaşdıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin üzvü Ruslan Abışov deyib.

Klubun rəsmi saytına danışan təcrübəli futbolçu komandanın düşərgəsində vəziyyətin yaxşı olduğunu bildirib: “Hal-hazırda komanda yaxşı vəziyyətdədir. Əhval-ruhiyyəmiz də düzəlib. Premyer Liqanın ilk oyununda - "İnter"lə matçda yaxşı nəticə göstərib çempionata uğurlu start vermək istəyirik. Bununla da bu uzun marafona hazır olduğumuzu göstərmək niyyətindəyik. Düzdür, komanda yeni formalaşıb, heyətdə yeni futbolçular çoxdur. Bu baxımdan komandanın tam formaya düşməsi, komplektləşməsi üçün biraz zamana ehtiyacımız var. İnanıram ki, çempionatın bir neçə turundan sonra hamının gözlədiyi "Qəbələ"ni görəcəyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31