28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AZAL bu dəfə braziliyalı hücumçunu heyətinə qatdı

AZAL heyəti gücləndirməkdə davam edir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu dəfə braziliyalı Eduardo ilə rəsmi müqavilə imzalanıb. Tam adı Eduardo da Konseysao Masiel olan hücumçu ilə 2 illik saziş imzalanıb. Maraq üçün Eduardonun 1986-cı ildə Braziliyada - Nova İquasua doğulduğunu, amma hazırda Polşa vətəndaşı olduğunu qeyd edək. 27 yaşlı forvardın karyerasına gəlincə, Braziliyanın “Korintians” klubunun yetirməsi doğma vətənində bu klubdan başqa, “Botafoqo”da çıxış edib. Üstəlik, o Yaponiyada “Naqoya Qrampus Eyt”, Almaniyada “Rot Vayss Alen" və “Proyssen TV Verl”, Polşanın “Stomil” klublarının formasını geyib. Sambaçının son klubu isə Liviyanın "Əl-Əhli Aley" komandası olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31