25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Hafiz Məmmədovun klubuna şad xəbər!

Azərbaycanlı iş adamı, "Bakı" klubun prezidenti Hafiz Məmmədova məxsus "Lans" klubu yeni mövsümdən yüksək liqada oynamaq üçün müraciət etdikləri Fransanın Milli Olimpiya və İdman Komitəsindən (CNOSF) müsbət cavab alıb.
 
Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, CNOSF da "sarı-qırmızılar"ın Fransa yüksək liqasında buraxılmasını lazım bilib.
 
Lakin Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsi gələn həftə "Lans"ın yeni mövsümdən yüksək liqada iştirakını təsdiqləməlidir.
 
Qeyd edək ki, "Lans" ötən mövsümü üçüncü pillədə başa vurmaqla Fransanın yüksək liqasına vəsiqə qazansa da, İdarəetməyə Nəzarət üzrə Milli Direktorat (DNCG) klubun növbəti mövsümdən yüksək liqada iştirak üçün lazımı bank təminatının verilmədiyini əsas gətirərək, komandanı "Liqa 1"ə buraxmayıb. Hafiz Məmmədovun komandasının apellyasiya şikayətləri də nəticəsiz qalıb. Daha sonra "Lans" daha yuxarı instansiya sayılan CNOSF-a müraciət etməli olub və oradan müsbət cavab alıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30