19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AZAL “Antalyaspor”u məğlub etdi

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən AZAL növbəti yoxlama oyununu keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “təyyarəçilər” “Antalyaspor” ilə üz-üzə gəlib. Görüş AZAL-ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda bütün qollar penaltidən vurulub. AZAL-ın heyətində Təmkin Xəlilzadə dubl edib: o 18 və 85-ci dəqiqələrdə “nöqtə”dən dəqiq zərbə vurub.

Baş məşqçi Tərlan Əhmədov bu görüşdə aşağıdakı futbolçulara şans verib: Ruslan Məcidov, Eltun Yaqublu (Novruz Məmmədov, 86), Oskar Klyava, Laşa Kasradze, Şəhriyar Rəhimov, Asif Mirili, Luis Ramos, Təmkin Xəlilzadə, Tomi Kostadinov (Viktor İbekoyi, 63), Eduardo Konseysao Masiel, Freddi Mombonqo (Con Enrike Kordoba, 72).

Beləliklə, AZAL Türkiyədəki yoxlama oyunlarında ikinci qələbəsini qazanıb. Komanda buna qədər əvvəlcə İran U-21 ilə heç-heçə (2:2) oynamış, sonra “Mersin İdman Yurdu”na qalib gəlmiş (2:1) və ardından isə “Balıkesirspor”a yenilmişdi (1:2). Onu da qeyd edək ki, AZAL növbəti yoxlama oyununu iyulun 27-də Gürcüstan 1-ci divizionunun əsas kollektivlərindən olan “Kolxeti 1913”ə qarşı keçirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30