16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Rail Məlikov yenidən "Dənizlispor"da

Millimizin sabiq üzvü Rail Məlikov yenidən Türkiyə çempionatının birinci divizion təmsilçisi "Dənizlispor"da oynaya bilər. Türkiyə mətbuatına yaydığı məlumata görə, klubun baş məşqçisi Özcan Bizati azərbaycanlı futbolçunun komandasında baxışda olduğunu deyib. R.Məlikovun ötən mövsümün əvvəlində ciddi zədələndiyini vurğulayan türkiyəli mütəxəssis bildirib ki, 28 yaşlı müdafiəçi yaxşı durumda olsa, onunla müqavilə imzalanacaq: "Rail Məlikov ötən mövsümün əvvəli ciddi zədələndi. O, mənə zədəsinin tam sağaldığını bildirdi. Rail Məlikov bir müddət komandanın məşqlərində iştirak edəcək. Yaxşı formada olacağı təqdirdə, onunla müqavilə imzalayacağıq".

Xatırladaq ki, R.Məlikov 2012/2013 mövsümündə "Dənizlispor"da oynayıb. O, ötən mövsüm isə "Qəbələ"də çıxış edib.


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30