25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Bu qələbə ancaq Böyükağa Hacıyevindi

Böyükağa Hacıyevin xasiyyəti bir az qəlizdi. Bunu çoxları bilir. Hacıyevlə yola getmək, ümumi dil tapmaq elə də asan deyil. Bunu, özü də dəfələrlə qeyd edib. Amma Böyükağa Hacıyev əksər halarda dediyini edir. 2006-cı ildə “Bakı”nın “sükanı arxası”na keçəndə, yəqin ki özündən başqa heç kim onun həmin postda 8 oyundan artıq duruş gətirəcəyinə inanmırdı. Hacıyev inanılmazı bacardı və “Bakı” tarixində ilk dəfə çempion oldu. Onun qazandığı uğurları hər birimiz xatırlayırıq, odur ki təkrarçılığa yol verməyə dəyməz.

“Koper”lə Bakıdakı oyundan öncə də Böyükağa Hacıyev öz ampulasında idi. Həmişəki kimi - iddialı açıqlamalar, ümid dolu vədlər. Amma Hacıyevin açıqlamalarından mənim üçün ən çox yaddaqalanı “Allah, məni siz jurnalistlərin yanında başıaşağı eləməsin” idi.

Ertəsi günü 90 dəqiqə ərzində istəyinə nail olmayan “Neftçi”, rəqibinə 1:2 hesabı ilə uduzdu. Həngamə də bundan sonra başladı. Mətbuat konfransında Hacıyev çarmıxa çəkildi. Mətbuat önünə “Koper”i keçməsək, istefa verəcəm” demək fikri ilə gələn Hacıyev, əsəbindən “keçsək də, keçməsək də, istefa verəcəm” dedi. Həmin anda həmkarlarımdan biri çox gözəl dedi: “Biz Böyükağa Hacıyevi belə görməyə öyrəşməmişik”. Bu, həqiqətən də belədir. Amma Böyükağa Hacıyev təslim olmurdu. O, sadəcə haqsızlığa üsyan edirdi. Böyükağa Hacıyevi tənqid atəşinə tutanlar klub rəhbərliyi barədə bir kəlmə də danışmırdı. Niyə, nə üçün? Nəyə görə peşəkarlıqdan danışan “Neftçi” rəhbərliyi mövsümlərarası fasilədə cəmi 1 futbolçu transfer etdi? Budur, iddialı klub? Ən azından daha 2-3 transfer olmalıydı. Amma olmadı. Bəziləri deyir ki, rəhbərlik transfer etmirsə, məşqçi istefa verib getməlidir. Bəylər, həmin sözü deməmişdən qabaq ilk öncə özümüzə fikir verək. Necə çətin şərtlər altında çalışırıq? O məntiqlə yanaşanda, hər birimiz jurnalistikadan getməliy(d)ik. Yəni, söhbət peşəkarlıqdan gedirsə...Avroliqanın qrupuna yenidən düşmək istəyən klubun rəhbərliyi transfer bazarında daha fəal olmalı idi.

Mətbuatın təzyiqi bir yana, məncə, Böyükağa Hacıyev ən böyük zərbəni “Neftçi”dən aldı. Sadıq Sadıqovun “Mərhələ keçilməsə, baş məşqçi elə Sloveniyada istefa verəcək, mən də qəbul edəcəm. Bakıya dönməyi də gözləməyəcəm” açıqlaması heç yerinə düşmədi. Bu açıqlama onu göstərir ki, rəhbərlik Böyükağa Hacıyevi meydanda yalnız buraxdı. Odun qarşısına atılan Hacıyev oldu. Halbuki çətin məqamda klub prezidenti baş məşqçiyə dəstək olmalıdı. Bəli, “Koper”in büdcəsi zəif ola bilər. Amma pul futbola hər şeyi həll etmir. Əgər, Farer adalarının komandası bu gün Avroliqada üçüncü mərhələyə adlayırsa, “Bursaspor” Gürcüstan klubu ilə bacarmırsa, deməli, hər şey pulla bağlı deyil. “Koper” məğlubiyyətinə görə Hacıyevi “xalq düşməni” elan etməyə dəyməzdi. Ən azından cavab oyununu gözləmək lazım idi.

Sloveniyadakı qələbə Böyükağa Hacıyevin hər kəsə cavabı idi. Bu, Böyükağa Hacıyevin qələbəsidi. Düzdür, futbolçuların da əziyyəti oldu. Onların haqqını yemək olmaz. Amma yenə deyirəm ki, qələbənin əsas səbəbkarı Böyükağa Hacıyevdi. Heç kim bu qələbəni öz adına yazmasın. 

Böyükağa bəy, Allah sizi mətbuatın qabağında başıaşağı eləmədi. İndi danışmaq zamanıdı.  




Ad: JuVeMaN;   E-mail: [email protected]

30.07.2014 10:13

qardasim, bisen necedi? ele hami yapiwib ki,Neftci yeni transfer elemeliydi. Orda bir Ruslan Qurbanov varee, evezetmeyle oyuna daxil oldu. Bir nece deqiqe oynadi, olduqca zovq aldiq oyunundan. cox da istedadli, bacariqli gencdi. axtarib arasan, klublarimizda laziminca bele yerli futbolcular var. Bes bu usaqlari nece kesf etmey lazimdi? Ele her defe xaricden atxod qalmir getirib gelirik.

Ad: RASIM;   E-mail: ---

26.07.2014 12:37

EWQ OLSUN BOYUKAXA HACIYEVA...................
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30