20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Gözəlləmə

Tanınmış jurnalist Anar Şabanoğlunun bu gün “Futbol+” qəzetində növbəti yazısı dərc olunub. Futbolxeber.az-ın məlumatına görə, A.Şabanoğlu “Qarabağ”ın” Zalsburq”u keçəcəyi halda, saçını keçəl qırxdıracağına söz verib. Həmin yazını təqdim edirik:

ZORƏN PREZİDENT

"Futbolu sevmirəm" deyən "Qarabağ"ın prezidenti Abdulbari Gözəlin Yakup Kadri Karaosmanoğlu ismini tanıdığına və onun "Zorən diplomat" əsərini oxuduğuna inanmıram. O ki qala Əli İldırımoğlunun "Zorən jurnalist" romanı ola… Amma o Əli bəyin oğlu Yunis haqda eşitməmiş olmaz. Məhz Yunis İldırımzadənin prezidentliyi dövründə "Qarabağ"  avrokuboklarda mərhələ keçən ilk Azərbaycan klubu oldu. Əslində "Qarabağ" ilk Avropa yolçuluğunda - 1996-da Kuboklar Kubokunda mərhələ keçə bilərdi. Lakin səfərdə əsas vaxtda qalib gələn ağdamlılar əlavə vaxtın son dəqiqəsində şanssızcasına qol buraxdı. Tanıyanlar çoxdan mənə deyib ki, "ağdamlılar gedib özünə kiçik bir komanda yaratsın" deyən ağsaqqal başqan o dönəmlər “Gənclik”də yük maşınlarının üstündə alver edirmiş, bulvarda yağ satdığını da bu gün eşitdim.

DÜNYA SƏNİNDİ, GÖZƏL

Abdulbari müəllimin dünənki açıqlamasında da bildirdiyi kimi qismət… Əminəm, “Makkabi”ylə Bakıdakı oyunun final fitindən dərhal sonra Təbriz Həsənovun məni - 16 yaşlı fotoqrafı qucaqlayıb bərabər ağladığı anda indiki başqan nəinki bu hisslərdən, heç belə bir komandanın varlığından xəbərdar deyildi. O zaman mənim komandam "Neftçi" idi. Bir dəfə Tofiq Bəhramov adında Respublika stadionunda Asim Xudiyev sevimli komandamı "Kəpəz"ə uduzdurandan sonra klub avtobusunun yanında ağlamışdım və bütün həmkarlarım mənə böyük təəccüblə baxmışdı. Zaman keçdi, "Qarabag"ın "Rusenborq"la Bakıdakı oyunundan öncə qəti şəkildə "xalq komandası" adına ağdamlıların layiq olduğunu dəqiqləşdirdim və bunu ilk dəfə deyən mən oldum.

“BARAN”

"Ağac bar verəndə başını aşağı salar" Abdulbari müəllim…Vəzifəsinə, soyadına, yaşına uyğun gəlməyən açıqlama verən Abdulbari bəy sussaydı barı… Təsəvvür edin ki, Abdulbari bəyin yaxşı tanıdıgı Əziz Yıldırım başqanlıq etdiyi klub haqda eyni sözləri deyəydi? Yeri gəlmişkən Abdulbari Gözəlin Əziz başqanın məmləkəti Diyarbakir, Muş və başqa şəhərlərdə xeyriyyəçiliyi ilə bağlı internetdə yetərincə bilgi tapmaq olar. Onun PKK terror təşkilatının sponsoru olması haqda da mətbuatda və internetdə çoxlu arxiv yazıları var. Bunun üstündən "özü və Allahı bilər" deyib keçərək, Bakının göbəyində - "Park Bulvar"da da Maldiv əvəzinə Mardinə və başqa terror bölgələrinə turlar haqda bukletlər paylandığına canlı şahidlik etdiyimi söyləyim. Bakının rəmzi olan Alov Qüllələrində - dünyaca ünlü "Fairmont" otel şəbəkəsinin adı yaraşdırılan bir məkanda telekanallar arasında Az.TV-ni tapmasaz da, kurd kanallarını, o cümlədən Kürdüstan TV-ni hər zaman izləyə bilərsiz. Abdulbari Gözəlin xeyriyyəçiliyi haqda yazılarda onun Azərbaycanın qərb bölgəsinə İraqdan, Türkiyədən və başqa ölkələrdən kürdlərin köçünə yardım etdiyini, eyni zamanda ləqəbi olduğunu da oyrənirik. Futbolu bilməyən futbol klubu prezidentinin ləqəbi "Baran"dı. Təəssüf ki, onun azərbaycanlılara, Azərbaycan ordusuna, təhsilinə, qaçqınlara etdiyi xeyriyyəçilik haqda arxivdə heç bir məlumat yoxdu. Olsaydı, bəlkə ölkəmizdə də ona bir ləqəb verilərdi. Məsələn, deyək ki, "Lazım"…

QARABASMA

Həvəskar maltalılar üzərində qələbə Gözəl başqanda gözlənilməz eyforiya və özündərazılıq yaratdı. Ən azı buna görə futbolla maraqlanmaması haqda söylədiklərinin doğru olduğu görünür. Bu qələbə Bakıda evsiz Qarabağ qazisinin özünü yandırmaqla intihar etməsi və Ağdamın işğalının növbəti ildönümünə təsadüf etdi. Bu insanların dərdləri özlərinə kifayət edir. Bircə Abdulbari müəllimin "Qarabağ" Agdamın deyil, getsinlər özlərinə kiçik bir komanda yaratsınlar" minnəti çatmırdı. Malta təmsilçisini məğlub etdiyinə görə bu sözlər deyilirsə, "Qarabag" Çempionlar Liqasının qrupuna düşsə, gərək bütün ağdamlılar şallaqlansın… Şallaqlanmaq və ÇL-in qrup mərhələsi bir yana, "Qarabağ" "Zalsburq"u keçəcəyi halda başımı keçəl qırxdırmaga söz verirəm. Amma bir şərtlə ki, Avstriya səddi keçilməsə, Abdulbari Gözəl istefa versin! 

ANAR ŞABANOĞLU, “Futbol+”

[email protected]




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30