Ölkə futbolu
Tahir Süleymanov: “İstefamdan sonra Sadıq Sadıqov dedi ki...”
"Mənim "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovla, yaxud baş məşqçi və texniki heyətlə heç bir problemim yoxdur. Belə bir halın yaşanması mümkün deyil. Bəli, əvvəllər də istefa vermişəm. Ancaq klub prezidenti xahiş edib ki, müəyyən məsələlərdə "Neftçi"yə öz köməyimi əsirgəməyim. Bu dəfə isə fikrim qəti oldu". Qol.Az saytına açıqlamasında bu sözləri "Neftçi" klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov istefası ilə bağlı danışarkən deyib.
“Neftçi” klubu rasmi saytı vasitəsi ilə məlumat yayaraq T.Süleymanovun istefasının qəbul olunduğunu açıqlayıb.
O, "Neftçi"də çalışdığı dövrdə qazanılan uğurları bir daha xatırladıb və klubdan gedişinin səbəblərindən danışıb: "Neftçi"də işlədiyim dövrdə qazandığımız uğurlar göz qabağındadır. Bu gün bütün klublarımızın arzusu avrokuboklarda qrup mərhələsinə düşməkdir. Bizim dövrümüzdə "Neftçi" bu uğura nail oldu. Qarşımıza böyük hədəflər qoymuşduq. Həm ölkə çempionatında, həm də avrokuboklarda layiqli çıxış etmək istəyirdik. Gördüyünüz kimi, dörd il ərzində bir sıra nailliyətlər qazandıq. Yəni "Neftçi"yə bu hədəflərə çatmaq üçün gəlmişdim. Çünki mən futbol adamıyam, vəzifə sahibi olmamışam. Sıradan biri deyiləm. Kluba gəldiyim andan müəyyən ideyaları həyata keçirdik. Avroliqanın qrup mərhələsinə düşdükdən sonra hədəf Çempionlar Liqasının qrupu olmalı idi. Minumum Avroliqanın qrup mərhələsində oynamalı idik. Çox təəssüf ki, müəyyən obyektiv və subyektiv səbəblərdən son iki mövsümdə istəyimizə nail ola bilmədik.
Artıq "Koper"lə Bakıdakı oyun mənim üçün son hədd idi. Bu məğlubiyyətdən dərhal sonra istefa verdiyimi bütün ictimaiyyətə bəyan etdim. Həmin gün klub prezidenti Sadıq Sadıqov bildirdi ki, sənin bu uğursuzluqda heç bir günahın yoxdur, buna məşqçilər korpusu cavabdehdir. Ancaq "Neftçi" kimi bir komandanın 1-2 milyon avro büdcəsi olan "Koper"ə öz meydanında məğlub olması qəbulolunmazdır. Şəxsən mən bunu qəbul etmədim və getmək haqda qərar verdim. İstefa verməyin özü mədəniyyət və cəsarət tələb edir. Bundan sonra "Neftçi"də çalışacaq insanlara ancaq uğurlar arzu edirəm. İnanıram ki, "Neftçi" "Koper"lə cavab oyununda öz gücünün 70 faizini ortaya qoya bilsə, mərhələni keçəcək".
T.Süleymanov hələlik futbol sahəsində çalışmaq istəmədiyini söyləyib: "Hazırda bu barədə düşünmürəm. Çünki beş ilin nəticələrinin qarşısında mənəvi və fiziki yorğunluğum var. Bizim taleyimizə futbol yazılıb. Ömrümüzün sonuna qədər futboldayıq. Hər şeyi zaman göstərəcək. Ən önəmlisi odur ki, Azərbaycan klubları inkişaf etsin. Bu yolda heç vaxt öz əməyimi əsirgəməmişəm. Bundan sonra da kömək etməyə hazıram. Təki futbolumuz inkişaf etsin".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Rövşən Hüseynli: “Bu, “Araz-Naxçıvan”ın tarixində ən çətin iki çempionluqdan biridir”
-
22:00
“Neftçi” Sloveniyaya gedir: ilk rəqib “Partizan”dır
-
21:36
"Sumqayıt" 7 ildən sonra onunla yolları ayırır
-
20:54
Qurban Qurbanov: “Həddindən artıq ciddi olmalıyıq”
-
20:27
Lobato rəsmən "Qarabağ"da
-
20:09
"Zirə"nin də rəqibi müəyyənləşdi
-
19:42
Vaxt “Kəpəz”in əleyhinə işləyir...
-
19:11
"Qarabağ"ın rəqibi bəlli oldu
-
18:23
“Şahdağ Qusar” millimizin müdafiəçisini transfer etdi
-
18:08
ÇL: "Sabah"ın püşkdə bəxti gətirdi
-
18:00
Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
-
17:35
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
-
16:56
Cavid Hüseynov: "Asan olmayacaq"
-
16:14
Gənc cüdoçularımız Krasnoyarskda 3 medal qazanıblar
-
15:27
"Gəncə" üç voleybolçu ilə yolları ayırıb
-
15:02
Cavid Hüseynov rəsmən “Araz-Naxçıvan”da
-
14:49
Alman müdafiəçi daha bir il “Real”da
-
13:58
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək
-
13:31
Əvəzedicilər Liqasının bombardiri mükafatlandırıldı
-
13:13
“Zirə” kapitanı ilə yeni müqavilə imzaladı
-
13:00
Elnur Cəfərovla yola davam
-
12:25
İran - Yeni Zelandiya matçında 4 qol VİDEO
-
11:46
Azərbaycan Güləş Federasiyasında yeni Komitə yaradıldı
-
11:14
Klublarımızın avrokuboklardakı mümkün rəqiblərinin sayı azaldı
-
11:07
Ozan Can Kökçü Türkiyə klubunda
-
10:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:39
“Neftçi”nin keçmiş baş məşqçisi sabiq klubuna qayıtdı
-
09:45
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:28
İspaniya millisindən gözlənilməz xal itkisi VİDEO
-
23:47
CAS-dan yekun qərar: “Turan Tovuz” avrokuboka buraxılmadı
-
21:54
"Şəfa"da daha üç ayrılıq
-
19:30
İki boksçumuz Dünya Kubokuna qələbə ilə başlayıb
-
18:12
"Feyenoord"da yeni baş məşqçi
-
17:45
U-19 millimizin rəqibləri müəyyənləşib
-
17:23
Millimizin üzvü Türkiyə klubunun hədəfində
-
17:06
DÇ-2026-da ilk istefa
-
16:38
Cüdo Federasiyasının mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
-
15:54
Boksçularımız Serbiyada 13 medal əldə ediblər
-
15:19
"Kəpəz"i “Şəfa”ya dəyişdi
-
14:27
Məmmədov rəsmən Kipr klubunda
-
14:00
"Odlar yurdu" şahmat üzrə dünya çempionatında mübarizə aparacaq
-
13:41
“Real” Kukurella heyətinə qatdı
-
12:52
Azərbaycan kanoeçisi Portuqaliyada ikinci qızıl medalını qazanıb
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:13
Füzuli Məmmədov: “Hədəf Premyer Liqadır” VİDEO
-
11:46
Voleybol millimiz İspaniyaya məğlub olub
-
11:28
Kot-d`İvuar - Ekvador matçında tək qol VİDEO
-
11:09
“Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
-
10:31
İsveç DÇ-2026-ya darmadağınla başladı VİDEO
-
10:17
"Turan Tovuz" məşqlərə başladı
-
10:00
Məhəmməd Muradlı Özbəkistanda birinci oldu
16.06.2026
15.06.2026























