19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Xəzər Lənkəran” bu dəfə heç-heçə oynadı

Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən “Xəzər Lənkəran” bu gün təlim-məşq prosesi çərçivəsində üçüncü yoxlama oyununa çıxıb. Futbolxeber.az-ın məlumatına görə, Lənkəran təmsilçisi Serbiyanın “Rad” klubu ilə üz-üzə gəlib. “Xəzər Lənkəran” meydana bu start heyəti ilə çıxıb: Orxan Sadıqlı, Tural Cəlilov, Tyeqo Xesus, Adrian Skarlatake, Vanderson Skarduelli , Rahid Əmirquliyev, Elnur Abdullayev, Rəşad Sadiqov, Dejan Blajevski, Qalin İvanov, Franko Nildo

Görüş 2:2 hesabı ilə başa çatıb. “Xəzər Lənkəran” 21-ci dəqiqədə Tural Cəlilovla, 80-cı dəqiqədə isə Rauf Əliyevlə önə keçsə də, qələbəni əldən verib.

Qeyd edək ki, buna qədər keçirdiyi hər iki oyunda Oğuz Çətinin komandası qələbə qazanıb. “Xəzər Lənkəran” “Karpatı”nı (Ukrayna) 2:1, “Yurmala”nı (Latviya) isə 3:1 hesabı ilə üstələyib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30