Ölkə futbolu
Rəşad Sadiqov: “Əvəzedici heyətə göndərilməyim bir oyun idi, onu da oynadılar”
“Xəzər Lənkəran” klubunun yeni transferi Rəşad Sadiqovun apasport.az saytının Sloveniyaya ezam olunan əməkdaşına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Rəşad Sadiqovun “Neftçi”dən ayrılmasına sizdən başqa, klubda futbolçulardan tutmuş rəhbərliyədək hamı münasibət bildirib. Bəlkə, “ağ-qaralar”dan gedişinizin əsl səbəbini özünüz açıqlayasınız...
- Açığı, bir az anlaşılmazlıq oldu. Baş məşqçi və rəhbərlik qalmağımı istəmirdi. Bu üzdən də ayrıldım.
- Yəni, getməyinizi rəhbərlik istəmişdi...
- İşlərin gedişi belə göstərdi ki, bəli, həm baş məşqçi, həm də rəhbərlik mənim komandada qalmağımı istəmir.
- Klub prezidenti Sadıq Sadıqov saytımıza müsahibəsində bildirmişdi ki, Rəşad fantastik məbləğə oynasa da, aldığı pulun qarşılığını verə bilmir. Digər tərəfdən, “Neftçi”də maliyyə probleminin olması da heç kimə sirr deyil. Ola bilərmi ki, rəhbərlik yüksək ödənişli futbolçularla vidalaşmaqda özü maraqlı olub?
- Öncə onu deyim ki, mən “Neftçi”də fantastik yox, normal, əvvəlcədən razılaşdırılan məbləğə oynayırdım. Razılaşandan sonra bunu fantastik adlandırmaq absurddu. Sadəcə, baş məşqçi və rəhbərlik məni istəmədiyi üçün komandadan ayrılmışam. İndi isə “Xəzər Lənkəran” kimi komandaya gəldiyim üçün sevinirəm.
- “Neftçi” ilə müqavilənizin müddətinin başa çatmasına 6 ay, yoxsa 1 il qalmışdı?
- Hələ bir illik müqaviləm vardı. Bu səbəbdən də “Xəzər Lənkəran”dan kompensasiya aldılar. Həmin məbləğ mənim pulumdan çıxılacaq.
- Məbləği açıqlaya bilərsiniz?
- Xeyr, açıqlamasam daha yaxşıdı.
- Əvəzedici heyətə göndərildiyiniz vaxt baş məşqçi Böyükağa Hacıyev sizdən narazı qaldığını açıq-aşkar büruzə vermişdi. O, mətbuata müsahibəsində demişdi ki, ya Rəşad mən istədiyim futbolu oynayacaq, ya da əvəzedici heyətdə çıxış edəcək. Hacıyev necə oynamağınızı istəyirdi?
- Bilmirəm. Bunu özündən soruşmaq lazımdı. Məncə, əvəzedici heyətə göndərilməyim bir oyun idi, onu da oynadılar. Sonra da qalmağımı istəmədilər. Mən də komandadan getdim.
- Deməli, sizi “Neftçi”dən kənarlaşdırmaq üçün öncə əvəzedici heyətə göndərdilər...
- Əlbəttə, çünki bu, öncədən hazırlanmış bir oyun idi.
- Onda belə demək olarmı ki, “Xəzər Lənkəran”a keçməklə, “Neftçi” rəhbərliyinə bir jest etdiniz?
- Xeyr, hansısa jestdən söhbət gedə bilməz. “Xəzər Lənkəran” rəhbərliyində təmsil olunanlar sağ olsunlar ki, mənə təklif göndərdilər. Danışdıq, razılaşdıq. Küçədə qalmalı deyildim ki? “Neftçi”dən çıxırdım. Ən yaxşı təklifi də indiki komandam etdi. Mən də dəyərləndirdim. Komanda çempionluğa oynayacaq. İddialı klubda çıxış etmək istəyirəm. Seçimimdə yanılmamışam, bu komandada xoşbəxtəm. Elə bil neçə vaxtdı buradayam. Komandada əla əhval-ruhiyyə var.
- Təxminən bir aydı “Xəzər Lənkəran”ın düşərgəsindəsiniz. Sabiq və indiki komandanız arasında hansı fərqlər var?
- Hərəsinin öz strategiyası var. Lakin burda gördüyüm ab-hava daha yaxşıdı. Legionerlərin daha az olmasına görə futbolçular bir-birinə daha tez uyğunlaşırlar. Əcnəbilər nə qədər az olsalar, bir o qədər yaxşıdı. Çünki eyni ölkədən futbolçu çox olanda ab-hava pozulur.
- Amma “Xəzər Lənkəran”da da legionerlər az deyil. Özü də, braziliyalılar çoxluq təşkil edirlər...
- Onlar öz işini görüb, səsini çıxarmırlar. “Neftçi”də isə bir az başqa idi.
- “Neftçi”də başqa idi deyəndə ki, sabiq komandanızda uzun müddət oynayan 2 braziliyalı var: Denis Silva və Flavinyo...
- Orda atmosfer başqa cür idi. Legionerlərə inam daha çox idi, nəinki yerli futbolçulara. Adam “Neftçi”də çox sıxılırdı...
- İyunun sonlarından “Xəzər Lənkəran”ın düşərgəsində olsanız da, klubun rəsmi saytında müqavilə imzalamağınızla bağlı hansısa məlumat yoxdu. Keçidiniz hələ rəsmiləşməyib ki?
- Müqaviləni klubun ofisində və notariusda rəsmən imzalamışıq. 2 illik anlaşmışıq.
- Ola bilər ki, karyeranızı elə bu komandada başa vurasınız?
- Əlbəttə.
- Böyükağa Hacıyev Mahir Şükürovla Rəşad Sadiqovun əvəzolunmaz futbolçu olmadığını, ehtiyatda hər ikinizin mövqeyində oynaya biləcək futbolçuların yer aldığını iddia edirdi. Bundan sonra “Neftçi”nin Avropa Liqasında “Koper”lə Bakıdakı oyunu sizdə necə təsir bağışladı?
- İstənilən məşqçi belə deyər. Amma əvəzolunmaz futbolçular var. Təkcə gənclərlə nəticə qazanmaq olmaz. Təcrübəlilər də lazımdı ki, onları başına yığsın, kömək olsun. İndi isə “Neftçi”nin işi çətin olacaq. İki təcrübəli yerli futbolu var idi – mən və Mahir. Bizim gedişimizdən sonra oyunçular kimə qulaq asacaqlar. Legionerlər də onları dinləməyəcək. Çünki yaşda da, təcrübədə də yerlilərdən üstündürlər. Amma bizə qulaq asırdılar. Təcrübəsizlərlə oynamaq çox çətindi.
- İlk oyunda uduzandan sonra “Neftçi”nin mərhələ keçmək şansı var?
- Məncə, var. “Neftçi” səfərdə APOEL-i məğlub edən komandadı. Amma indi özünəinam bir az azdı. Çətin olacaq.
- Bir aylıq toplanış haqda nə deyə bilərsiz?
- Yaxşı fiziki hazırlıq keçdik. Bu, çempionatda da öz bəhrəsini verəcək. Toplanışın vaxtı uzun olsa da, hamı səbrlə, həvəslə çalışır. Çalışacağıq ki, rəhbərliyə çempionluq hədiyyə edək. İki ildir komanda çempionatda heç nə qazana bilmir. Bu da belə komandaya yaraşmır. Heyətimiz güclüdü. Həm çempionluq, həm kuboka oynayacağıq. Baş məşqçi yaxşı heyət yığıb. Hər iki cəbhədə mübarizə aparacağıq. Rəhbərliyə, azarkeşlərə nəsə bəxş etmək istəyirik.
- Komandada hansı çatışmazlıqlar görünür?
- İndiki vəziyyətdə hər mövqeyə 2-3 futbolçu var. Yaxşı rəqabət olacaq. Rəqabət olmayanda, inkişaf da olmur. Belə rəqabət “Xəzər Lənkəran”ın xeyrinədi. Çalışacağıq ki, iddiamızı qoruyub, çempionluğa oynayaq.
- Artıq çempionatın püşkü atılıb və ilk turda AZAL-ın qonağı olacaqsınız. Heç ağlınızdan ilk görüşdə “Neftçi”yə qarşı oynayıb, qol vurmağı keçirməmisiniz?
- Fərqi yoxdu, AZAL-a, ya “Neftçi”yə qarşı. Hamısına qarşı eyni həvəslə çıxacam. Yoxsa gücümü hansısa matça saxlamaq fikrim yoxdu. Mənim üçün fərqi etməz. Hər oyuna 3 xal üçün çıxacağıq. Qol vurmaq üçün öz mənafeyimi güdməyəcəm. Əsas komandamızın qalib gəlməsi, çempionluğa doğru getməsidi. Marafon uzun olsa da, ilk oyun da vacibdi. Komanda qələbə qazananda daha da həvəslənir. İnşallah, AZAL-ı məğlub edəndən sonra növbəti qələbələrin davamını gətirərik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- UEFA-nın saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
- “Qarabağ” - “Ayaks”: həyəcan zirvəyə yüksəlir
- “Neftçi”nin baş məşqçi məsələsində son durum: Nə türkiyəli, nə belaruslu...
- “Neftçi”nin yeni baş məşqçisi bilindi - SON DƏQİQƏ
- Silva Yankoviçlə mübahisə etmələrindən danışdı: “Hər şey həll olunub”
- Vernidub “Neftçi”nin baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirdi
- Elvin Məmmədov istefasını şərh etdi: “Səbail”in bunu bacaracağına inanıram”
- Tramp DÇ-2026-nın püşkatmasında Azərbaycan Xalq rəssamlarının hazırladığı mükafat aldı
- DÇ-2026: “Pley-off”un püşkü atıldı
- Samir Abasovun “Neftçi”dən gedişi dəqiqləşdi
- “Qarabağ”ın oyununun biletləri satışa çıxır
- “Neftçi”nin muradı...
- “Kəpəz” də Yevlaxa “köçür”
- "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxdı
- Joni Montiel: “Qarabağ” hamının məğlub etmək istədiyi komandadır”
-
18:56
İnternat tipli məktəbin şagirdləri "Qarabağ"ın qonağı olublar FOTOLENT
-
18:34
“Turan Tovuz” ili qələbə ilə başa vurdu VİDEO
-
17:27
Azər Bağırov: “İstəməzdik bu gün belə olsun”
-
17:12
Kurban Berdıyevdən qələbə şərhi
-
17:01
Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
-
16:49
"Qarabağ"ın zədəli futbolçularını durumuna aydınlıq gəldi
-
15:38
Azərbaycanda FİFA referilərinin sayı artdı
-
15:15
II Liqa klubuna texniki məğlubiyyət verildi
-
15:00
Qərb derbisini “Turan Tovuz” qazandı
-
14:53
“Qarabağ” 10 min manat cərimələndi
-
13:02
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
12:46
“Şamaxı”dan ayrılan futbolçu Estoniya klubunda
-
11:29
XVl turun hakim təyinatları
-
11:14
Pedro Bikalyo: “Çempionat hələ bitməyib”
-
10:58
UEFA reytinqində gerilədik
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:07
"Napoli" finala belə yüksəldi VİDEO
-
09:45
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular müəyyənləşdi
-
21:48
Vilayət Eyvazov yenidən Atıcılıq Federasiyasının prezidenti seçilib
-
20:34
Cüdo üzrə Azərbaycan birinciliyi start götürüb
-
18:02
“Finalissima”nın yeri və tarixi müəyyənləşib
-
17:27
I Liqada hər iki oyunda heç-heçə
-
16:56
Şahruddin əməliyyat olundu
-
16:13
"Araz-Naxçıvan" təxirə salınmış matçda qalib gəlib
-
15:41
Azərbaycanın MMA döyüşçüsü növbəti qələbəsini qazanıb
-
14:09
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş intellektual yarış keçirilib FOTOLENT
-
13:35
AMADA-nın Müşahidə Şurası ilin sonuncu iclasını keçirib
-
12:28
İngiltərə kuboku: Yarımfinal cütləri məlum oldu
-
11:54
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
-
11:17
Rusiya qəzeti: “Qarabağ” hazırda keçmiş SSRİ-nin ən güclü komandasıdır”
-
10:42
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
“Sumqayıt” qış hazırlıq planını açıqladı
-
17:59
"Naxçıvan"dan yeni transfer
-
17:23
I Liqada XI tur start götürdü
-
16:42
“Sabah” - “Qarabağ” oyununun hakimləri açıqlandı
-
16:15
Sosial şəbəkələrdə ən çox izləyicisi olan Azərbaycan klubları məlum olub
-
15:37
Azərbaycan güləşinin tanınmış simaları Füzulidə gənc idmançılarla görüşüblər
-
14:54
"Dinamo"nun yeni baş məşqçisi müəyyənləşdi
-
14:00
Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?
-
13:41
AFFA prezidenti: “Klublar lisenziyalaşdırma ilə bağlı məsələyə məsuliyyətlə yanaşmalıdır”
-
13:16
Azərbaycan stolüstü tennisçisi beynəlxalq toplanışda iştirak edəcək
-
12:58
I Liqada hakim təyinatları
-
11:33
AVF rəhbərliyi millinin nəticəsini yüksək qiymətləndirib
-
11:07
"Barselona" səfərdə mərhələ adladı VİDEO
-
10:42
“The Best”: Ayxan Abbasov və Emin Mahmudov kimlərə səs verib?
-
10:29
"Çelsi" yarımfinalda VİDEO
-
10:15
Elvin Bədəlov: “Qanundur, sən vurmursansa, sənə qol vuracaqlar”
-
09:54
Ağacan Abiyevin şərəfinə boks turniri start götürüb
-
09:31
Azərbaycanın tanınmış güləşçiləri Laçında məktəbdə olublar
-
09:06
Dünyada ilin ən yaxşı futbolçusu o seçildi
19.12.2025
18.12.2025
17.12.2025























