19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"İnter"in avrokuboklarda 5-ci səfər qələbəsi ARAŞDIRMA

“İnter” Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyununda səfərdə “Elfsborq” üzərində 1:0 hesablı qələbə qazanıb. Futbolxeber.az-ın araşdırmasına görə, bu, Azərbaycan klublarının avrokuboklarda sayca 19-cu səfər qələbəsidir. Təmsilçilərimiz 19 qələbəni 98 oyunda əldə ediblər. “İnter” səfərdə 5-ci qələbəsini qazanıb. Dördüncü dəfə “bankirlər” səfərdə qalib gəldiyi oyunda qapısını toxunulmaz saxlayıb.

19 səfər qələbəsinin beşi “İnter”in payına düşür. Digər 14 səfər qələbəsi isə “Qarabağ” (9), “Neftçi” (2), “Karvan”, “Bakı” və “Xəzər Lənkəran”ın payına düşür.

“İnter” 2-ci dəfə səfərdə 1:0 hesablı qələbəyə sevinib. Minimal hesablı digər qələbələrdən 5-i “Qarabağ”ın, 1-i isə “Karvan”ın aktivindədir.

Azərbaycan kuboklarının avrokuboklardakı bütün səfər qələbələrini təqdim edirik: 

1996/97 - Kuboklar kuboku - MYüPA (Finlandiya) -  “Qarabağ“ 0:1

1999/00 - İntertoto kuboku - “Makkabi” (Hayfa, İsrail) - “Qarabağ” 1:2

2005/06 - Çempionlar Liqası - “Hafnafyordur” (İslandiya) - “Neftçi” 1:2

2006/07 - UEFA Kuboku - “Spartak” (Trnava, Slovakiya) - “Karvan” 0:1

2009/10 - Avroliqa - “Honka” (Finlandiya) - “Qarabağ” 0:1

2010/11 - Avroliqa - “Portdaun” (Şimali İrlandiya) - “Qarabağ” 1:2

2010/11 - Çempionlar Liqası - “Lex” (Polşa) - “İnter” 0:1

2010/11 - Avroliqa - “Buduçnost” (Çernoqoriya) - “Bakı” -1:2

2010/11 - Avroliqa - “Visla” (Polşa) - “Qarabağ” 0:1

2011/12 - Avroliqa - “Banqa” (Litva) - “Qarabağ” 0:4

2012/13 - Avroliqa - “Trans Narva” (Estoniya) - “İnter” 0:5

2012/13 - Avroliqa - “Nomme Kalyu” (Estoniya) - “Xəzər Lənkəran” 0:2

2012/13 - Avroliqa - APOEL (Kipr) - “Neftçi” 1:3

2013/14 - Avroliqa - “Metallurq” (Makedoniya) - “Qarabağ” 0:1

2013/14 - Avroliqa - “Mariehamn” (Finlandiya)- “İnter” 0:2

2013/14 - Avroliqa - “Gefle” (İsveç) - “Qarabağ” 0:2

2014/15 - Avroliqa - “Tiraspol” (Finlandiya) - “İnter” 2:3

2014/15 - Çempionlar Liqası - “Valletta” (Malta) - “Qarabağ” 0:1

2014/15 - Avroliqa - “Elfsborq” (İsveç) - “İnter” 0:1

QEYD: 2004/2005 mövsümündə İntertoto kubokunda UEFA-nın qərarına əsasən “Xəzər Universiteti”nə Avstriyanın “Kazino Şvarts” klubu üzərində texniki qələbə verilib. Həmin texniki qələbə yuxarıdakı siyahıda nəzərə alınmayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30