29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tahir Gözəl “Qarabağ”ın düşərgəsini ziyarət etdi

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl daim komandaya mənəvi dəstəyini əsirgəmir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, uğurlu gündə də, uğursuz məqamda da komandanın yanında olan T.Gözəl ənənəsinə yenə sadiq qalıb. Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə “Valletta” ilə qarşılaşan “Qarabağ” görüşdən 1:0 qalib ayrılmışdı. Bakıya dönər-dönməz Ağdam klubu ilk məşqinə çıxıb. Və ilk məşqdəcə Tahir bəy komandanı ziyarət edib. Komanda üzvləriylə görüşən Gözəl, ilk oyundakı qələbə münasibətiylə futbolçuları təbrik edib. Qələbənin vacib olduğunu vurğulayan vitse-prezident hələ heç nəyin bitmədiyini vurğulayıb. 1:0-ın sürüşkən hesab olduğunu bildirsə də, komandaya inandığını və sona qədər dəstəklədiyini qeyd edib. Komandanın növbəti tura çıxacağına əminliyini ifadə edən Tahir bəy komandaya inamını bir daha nümayiş etdirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31