20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” son 17 dəqiqədə coşdu

Hollandiyada yeni mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" toplanış çərçivəsində ilk oyununu keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qırmızı-qaralar" yerli "AFC Arnem"lə qarşılaşıb. “Qəbələ” meydançaya aşağıdakı heyətlə çıxıb:

Anar Nəzirov, Elnur Allahverdiyev, Rafael Santos, Pavol Farkaş, Ruslan Əmircanov, Adrian Ropotan, Ruslan Abışov, Dodo, Cavid Hüseynov, Elvin Camalov, Andrey Kristea.

Matç başdan sonadək "Qəbələ"nin üstünlüyü şərairtində keçib. İlk hissə ərzində "qırmızı-qaralar" bir neçə əlverişli qol epizodu yaratsa da, fasiləyə kimi hesab açılmayıb.

İkinci hissədə Dorinel Muntyanu meydançaya Viktor Mendi, Nizami Hacıyev, Pulhak, Ürfan Abbasov, Müşfiq Teymurov, Sadiq Quliyev, Şirməhəmməd Məmmədov, Murad Musayev və Volodimir Levini buraxıb. "Qəbələ" rəqibin müqavimətini 73-cü dəqiqədə qırmağı bacarıb. Nizamı Hacıyev hesabı açıb. 2 dəqiqə sonra Murad Musayev Nizami Hacıyevin künc zərbəsində ötürdüyü topu başla tora göndərib. 82-ci dəqiqədə hesab arasındakı fərq 3-ə çatıb. Kristea dəqiq zərbə ilə rəqibi meydançanın mərkəzinə dəvət edib. Matçda son nöqtəni də rumıniyalı qoyub. 85-ci dəqiqəyə təsadüf edən qolla Kristea dublunu rəsmiləşdirib. Beləliklə, "Qəbələ" Hollandiyada keçirdiyi ilk sınaq oyununda böyükhesablı qələbə qazanıb. Komandamız növbəti matçını iyulun 20-də Hollandiya təmsilçisi "AZ Alkmaar"a qarşı keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30