19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Millimiz FİFA reytinqində 10 pillə irəlilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, Azərbaycan millisi 10 pillə irəliləyib.
 
Berti Foqtsun komandası 410 xalla 73-cü pillədə qərarlaşıb. "Avro-2016"dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdur. Lakin "Skuadro Adzuro" ötən ayla müqayisədə 5 pillə geriləyərək 14-cü sırada qərarlaşıb. 
 
Digər rəqiblərimizdən Xorvatiya bir pillə irəliyərək 17-ci olub. Norveç (+3) 53-cü, Bolqarıstan (+6) 72-ci və Malta isə (-18) 150-ci pillədə qərarlaşıb.
 
Siyahının ilk "10"luğunda böyük dəyişiklik baş verib. "DÇ-2014"ün qalibi Almaniya millisi 1761 xalla liderliyə yüksəlib. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Hollandiya isə üçüncü olub.
 
Uzun müddət reytinq cədvəlinə başçılıq edən İspaniya millisinin "DÇ-2014"dəki uğursuz çıxışı komandanın mövqeyinə də təsirsiz ötüşməyib. Ötən ay birinci olan Priney təmsilçisi 1229 xalla 8-ci pilləyə yuvarlanıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30