20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rodolfo Vanoli: “Neftçi” kimi mən də təcrübəliyəm”

“Azərbaycanda olduğumuz üçün çox şadıq. “Neftçi” tərəfi bizim rahatlığımız üçün hər şeyi edib. Çox güclü komandaya qarşı oynayacağıq. Bilirik ki, rəqibin Avropada böyük təcrübəsi var”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Avroliqanın II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Sloveniyanın “Koper” klubunun baş məşqçisi Rodolfo Vanoli deyib. Futbolxeber.az-ın məlumatına görə, bu gün Bakıda oyunöncəsi mətbuat konfransı keçirən italyan məşqçi, “Neftçi” kimi özünün də təcrübəli olduğunu qeyd edib:“Mən də təcrübəli məşqçiyəm. “Udineze”, ÇSKA Sofiya kimi klublarda çalışmışam. Hər kəsə məlumdur ki, bu mərhələ iki oyundan ibarətdir. Daha mühüm olan cavab görüşüdür. Qalib iki oyundan sonra bəlli olacaq. Heyətimizdəki futbolçulara güvənirəm. İnanıram ki, onlar “Neftçi” kimi güclü rəqibə qarşı oynaya biləcəklər. Kapitanımız da futbolçuları meydanda motivasiya etməyə çalışacaq”.

Vanoli rəqibdən çəkinmədiklərini bildirib: “Bizim də oyun fəlsəfəmiz var. Çempionatımızda güclü komandalar var. Biz onlara qarşı oynayıb, qələbə də qazanmışıq. Buna görə də komandam meydana uğur qazanmaq üçün çıxacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30