24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Böyükağa Hacıyev: “Gedək, Puşkinə deyək ki komanda niyə uduzub?”

“Neftçi” tək Flavinyodan ibarət deyil. Flavinyonu meydanda bağlayırlarsa, biz çalışırıq oyunu Arazın üzərində quraq. Arazı bağlasalar, Mirseyidə ümid edirik. Unutmayın ki “Neftçi” bu il demək olar ki heç bir transfer etməyib. İnşallah, oyundan sonra bu söhbətə qayıdarıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Təcrübəli mütəxəssis bildirib ki, istənilən uğursuzluğa görə məsuliyyəti o daşıyır: “Hər şeyi futbolçunun üzərinə atmaqla iş olmaz. Braziliyaya, Almaniyaya baxın. Almaniya işlək maşındı. Düzgün komputeri var - Löv. Düzgün seçim edir və işini qoyur ortaya. Bizdə bu gün Samirlər, Elşənlər, Elvinlər var. Flavinyo 5 ildi Azərbaycandadır. Ona da vətəndaşlıq vermək lazımdı. Böyükağa Hacıyevdən qabaq “Neftçi”də Sadıq Sadıqov var. Onun düzgün strategiyası olmasa... Məhv olan və məhvə doğru gedən klublara baxın. Samir Məsimov mənə kimi “Qarabağ”da olub, niyə götürmədilər? Mən bu gün nüfuz, reytinq uğrunda vuruşuram. 57 yaşımda əqidə dəyişə bilmərəm. Komanda uduzursa, hər şeydən qabaq günahkar baş məşqçidir. Deməli, ya heyəti düzgün müəyyənləşdirməliyib, ya da düzgün hazırlıq keçməyib. Kimdən yapışaq? Gedək, Puşkinə deyək ki komanda niyə uduzub? Hər gün ibadətimi edəndə dua edirəm ki, Tanrım məni jurnalistlərin yanında başıaşağı eləməsin”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30