29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Flavinyo: “Əsas odur ki qol buraxmayaq”

“Sabah yaxşı oynayacağımızı gözləyirəm. Bu oyun “Neftçi” yox, Azərbaycan azarkeşləri üçün vacibdir. Bir komanda qrupa düşürsə, bu, Azərbaycan futbolunun inkişafıdır. Sabah bizi çox məsuliyyətli oyun gözləyir. 1 dəfə qrupa düşsək də, keçən il uğursuz oynadıq. Komandamız indi daha güclüdür. Sabah yaxşı oynayıb, qələbə qazanacağımıza inanıram”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin üzvü Flavinyo deyib. “Koper”lə oyunöncəsi mətbuat konfransında iştirak edən braziliyalı futbolçu Sloveniya təmsilçisinin fiziki cəhətdən güclü olduğunu qeyd edib: “Məncə, “Koper” fiziki cəhətdən daha güclüdür. Onların ucaboy futbolçuları var. Bu səbəbdən də standart vəziyyətlərdə yaxşı oynayırlar. 14 nömrəli yarımmüdafiəçini qeyd edərdim. Yaxşı ötrmələr verir. Mənim üçün fərq odur ki, daha yaxşı oynamalıyıq. Əsas odur ki sabah qol buraxmayaq. Çalışıb, təzyiq edib bundan yararlanmalıyıq”.

Flavinyo “Neftçi”nin tək ondan ibarət olmadığını bildirib: “Mənim üçün bütün oyunlar eynidir. Daim məsuliyyətlə oynayıram. Bizim yaxşı futbolçularımız çoxdur. Tək məni saxlamaqla iş bitmir. Mən onsuz da əlimdən gələni edəcəyəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31