25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Valletta"nın prezidenti: "Qarabağ"ın çox güclü olduğu məlumdur"

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşü çərçivəsində evdə "Qarabağ"ı qəbul edəcək "Valletta" klubunun prezidenti Viktor Skiriha oyunöncəsi maraqlı fikirlər səsləndirib. Futbolxeber.az-ın "Eunews.az"a istinadən verdiyi məlumata görə, klub prezidenti "Qarabağ"ın çox güclü rəqib olduğunu bildirib:
 
"Hər şey bizim ev oyununda yaxşı nəticə göstərməyimizdən asılıdır. "Qarabağ"ın çox güclü olması hər kəsə məlumdur. Ancaq heç də hər vaxt statistikada güclü olan komanda qalib gəlmir. Hər halda maraqlı oyun gözləyirik. İlk dəfədir Azərbaycan komandası ilə görüşəcəyik".
 
Viktor Skiriha Maltada Azərbaycan haqqında elə də çox məlumatın olmadığını deyib: "Biz Azərbaycanı ancaq televiziya reklamlarından, "Avroviziya" müsabiqələrindən tanıyırıq. Son zamanlar Azərbaycan Maltada daha çox tanınmağa başlayıb, çünki sizin enerji şirkətiniz Maltanın yeni elektrik stansiyasını enerji ilə təchiz edəcək.
 
Bircə onu bilirik ki, Qarabağ mənşəli olduğuna və regiondakı vəziyyətə görə rəqibimizə Azərbaycanda dəstək böyükdür. Bu o deməkdir ki, çılğın yerli azarkeşlərin səs-küyü şəraitində oyun çox maraqlı keçəcək. Biz oyunu və Azərbaycan haqqında yeni məlumatlar əldə etməyi səbirsizliklə gözləyirik".
 
Qeyd edək ki, "Valletta" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30